Rusiya ordusu Ukraynanın Denpr şəhərində poliklinikaya zərbə endirib.
“Xəbər Xətti” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında paylaşıb.
Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 15 nəfər isə yaralanıb. Yaralılar sırasında 2 uşaq var.
Hazırda xəsarət alanların təxliyəsi davam etdirilir. İlkin məlumata görə, zərbə zamanı 2 bina yanıb.
Mənbə
Xeberxetti.com