Xəbər Xətti

    Lerikdə torpaq sürüşməsi aktivləşdi

    06 İyun 2023

    Qırğızıstanda dövlət çevrilişinə cəhdə görə 30-dan çox şəxs saxlanıldı

    06 İyun 2023

    Müştərisi ‘Araz’ şəbəkəsinə YOL GÖSTƏRDİ – “Fəaliyyətinizi DAYANDIRIN”

    06 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Lerikdə torpaq sürüşməsi aktivləşdi

      06 İyun 2023

      Qırğızıstanda dövlət çevrilişinə cəhdə görə 30-dan çox şəxs saxlanıldı

      06 İyun 2023

      Müştərisi ‘Araz’ şəbəkəsinə YOL GÖSTƏRDİ – “Fəaliyyətinizi DAYANDIRIN”

      06 İyun 2023

      “Qaz qovşağı Ankaraya 30-35 milyardlıq əlavə gəlir gətirəcək”

      06 İyun 2023

      Milyarder iş adamının qızı və nəvəsi təyyarə qəzasında öldü

      06 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»28 May – Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib – FOTO
    Siyasət

    28 May – Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib – FOTO

    26 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycanın Pakistandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə İslamabadda rəsmi qəbul keçirib.

    Səfirlikdən “Xəbər Xətti”-ə bildiriblər ki, Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Xəzər Fərhadov Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də yaradıldığını və müsəlman Şərqində ilk demokratik respublika olduğunu bildirib.

    O, Cümhuriyyətin qısa müddətdə keçdiyi inkişaf yolu barədə geniş məlumat verib, 23 aylıq dövr ərzində bir sıra mühüm, xüsusilə demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi kimi nailiyyətlərə imza atdığını vurğulayıb.

    Həmçinin 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri əsasında müstəqil Azərbaycan qurduğunu vurğulayıb.

    Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çətin günlərində – 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi, ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq ölkənin müstəqilliyini əbədi etdiyi bildirilib.

    Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu nailiyyətlər Azərbaycan xalqının həyatının bütün sahələrində özünü göstərir.

    Diplomat, eyni zamanda, Azərbaycanın Vətən müharibəsində Zəfərinə toxunub, Azərbaycan-Pakistan münasibətlərindən bəhs edib.

    Tədbirin ali qonağı – Pakistanın təhsil və peşəkar təlim üzrə federal naziri Rana Tanver Hüseyn çıxışında bayram münasibətilə təbriklərini çatdırıb, 28 Mayın Azərbaycanın dövlətçilik tarixində şanlı və mühüm günlərdən biri olduğunu deyib.

    Rana Tanver Hüseyn Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra regionun inkişafına mühüm töhfə verən böyük transmilli enerji, nəqliyyat və infrastruktur layihələrini həyata keçirdiyini bildirib, iqtisadiyyatının əhəmiyyətli inkişafına nail olduğunu qeyd edib. Azərbaycan ilə Pakistan arasındakı əlaqələrini “qardaşlıq münasibətləri” adlandırmaqdan fəxarət hissi duyduğunu vurğulayan nazir 2023-cü ildə 100 illik yubileyi qeyd edilən dünyaşöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həm də iki ölkə arasında əlaqələrin inkişafının banisi olduğunu diqqətə çatdırıb.

    Nazir Azərbaycan ilə Pakistan arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu deyib.

    Tədbir çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub, ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcək – FOTO

    06 İyun 2023

    Öncəgörücülük qabiliyyəti yüksək olan BÜRCLƏR – Onlar bəzən hər şeyi öncədən hiss edir

    06 İyun 2023

    Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar

    06 İyun 2023

    Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedib

    06 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Qırğızıstanda dövlət çevrilişinə cəhdə görə 30-dan çox şəxs saxlanıldı

    06 İyun 2023

    “Qaz qovşağı Ankaraya 30-35 milyardlıq əlavə gəlir gətirəcək”

    06 İyun 2023

    Modriç də Səudiyyə Ərəbistanı klubuna keçir: 120 milyon avroluq müqavilə

    06 İyun 2023

    Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu həftə ödəniləcək

    06 İyun 2023

    Kaxovka SES partladıldı – Daşqın gözlənilir – Video

    06 İyun 2023

    Öncəgörücülük qabiliyyəti yüksək olan BÜRCLƏR – Onlar bəzən hər şeyi öncədən hiss edir

    06 İyun 2023

    Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar

    06 İyun 2023

    Ceyhun Bayramov Avstriya və Slovakiyaya gedib

    06 İyun 2023

    Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedib

    06 İyun 2023

    Şəfiqə Nağıyevanı maşın vurdu

    06 İyun 2023

    Sabunçuda gənc oğlanı avtomobil vurub

    06 İyun 2023

    Haitidəki daşqında 42 nəfər öldü

    06 İyun 2023

    Ukraynada hava həyəcanı elan edildi

    06 İyun 2023

    Səudiyyə Ərəbistanında futbol klubları özəlləşdirilir

    06 İyun 2023

    Xəbər Xətti – Leonardo Di Kaprio özündən iki dəfə cavan modellə görüntüləndi

    06 İyun 2023

    Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

    06 İyun 2023

    Türkiyənin yeni Müdafiə Sənayesi İdərəsinin sədri təyin edildi

    06 İyun 2023

    Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdəki ilk iclası keçiriləcək

    06 İyun 2023

    Bu nömrələrlə maşın sürənlər 100 manat cərimələnəcək

    06 İyun 2023

    Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarına keçir

    06 İyun 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.