Bakıda çimərliklərin hasarlanması ilə bağlı yenidən görüntülər ortaya çıxmağa başlayıb.
Bu barədə “Xəbər Xətti”-in “qaynar xətti”nə məlumat daxil olub.
Məlumata görə, Zuğulba çimərliyində dünən gecə saatlarında hasar çəkiblər.
Videodakı şəxslərin bunu hansı icazə əsasında etdikləri isə məlum deyil.
Sakinlər redaksiyamıza bildirib ki, ötən il bu çimərlikdəki hasar sökülmüşdü. Bu il isə yenidən çəkilib.
Görüntüləri olduğu kimi təqdim edirik:
“Xəbər Xətti”
VİDEO