Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi coğrafi məkanda yerləşir.Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.Dövlət başçısı deyib ki, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısıdır.“Ölkəmizin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir”, – Prezident İlham Əliyev vurğulayıb.Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət limanına malikdir.Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib:“Zəngəzur dəhlizi təkcə Azərbaycanı Naxçıvanla Muxtar Respublikası ilə birləşdirməyəcək, beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”.
Mənbə
Xeberxetti.com