Xəbər Xətti

    Yeni MİT rəhbəri Kalın kimdir? – Dosye

    06 İyun 2023

    Milli müdafiə nazirindən ilk mesaj… – Video

    06 İyun 2023

    Ançelotti “Real”dan mümkün gedişindən DANIŞDI

    06 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Yeni MİT rəhbəri Kalın kimdir? – Dosye

      06 İyun 2023

      Milli müdafiə nazirindən ilk mesaj… – Video

      06 İyun 2023

      Ançelotti “Real”dan mümkün gedişindən DANIŞDI

      06 İyun 2023

      İlk dəfə sevgilisini göstərdi

      06 İyun 2023

      Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

      06 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Cəmiyyət»Xəbər Xətti – Ontario parlamentinin önündə Azərbaycan Bayrağı qaldırıldı
    Cəmiyyət

    Xəbər Xətti – Ontario parlamentinin önündə Azərbaycan Bayrağı qaldırıldı

    25 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Kanadanın Toronto şəhərindəki Ontario əyalət parlamentinin binası qarşısında 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinindən məlumat verilib.

    Bildirilib ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan mərasimdə Ontario parlamentinin üzvləri, Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri iştirak ediblər.

    Təntənəli mərasimi açıq elan edən Kanadanın keçmiş Vətəndaşlıq və multikulturalizm naziri, ictimai xadim Toni Ruprext Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 105-ci ildönümünün qeyd olunması məqsədilə keçirilən tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib.

    Ontario Qanunvericilik Assambleyası Nümayəndələr Palatasının Komitə sədrinin ikinci müavini Patris Barns tədbir iştirakçılarını salamlayıb, soydaşlarımızla birlikdə 105 il öncə Azərbaycanın Rusiya imperiyasından ayrılaraq demokratik və dünyəvi respublika elan etməsi kimi tarixi hadisənin qeyd olunması mərasimində məmnuniyyətlə iştirak etdiyini söyləyib. Ontario Qanunvericilik Assambleyası adından spiker Ted Arnot tərəfindən imzalanmış 28 May – Müstəqillik Günü ilə bağlı rəsmi təbrik məktubunu “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya təqdim edib.

    Türkiyənin Torontodakı baş konsulu Sinem Minqan çıxışında ölkələrimizin bənzərsiz dostluq, qardaşlıq münasibətinə malik olduğunu qeyd edib. “Bir millət, iki dövlət” şüarını səsləndirən diplomat ölkələrimizin hər zaman bir-birininin yanında olduğunu vurğulayıb.

    Baş konsul Sinem Minqan, Ontario əyalət parlamentinin üzvü, turizm, mədəniyyət və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi və Azərbaycan dilində “Bu gün biz Azərbaycanın Müstəqillik Gününü qeyd etmək üçün burdayıq” cümləsi ilə çıxışına başlayan Ontario əyalət parlamentinin üzvü Kris Qlover tarixi hadisə münasibətilə icmamızı təbrik ediblər.

    Ontario əyalətinin Baş naziri Doug Ford, Ontario rəsmi müxalifətinin lideri Marit Stiles, Yaşıllar partiyasının nümayəndəsi Mayk Şrayner tərəfindən imzalanmış təbrik məktubları və Liberal partiyasının təbriki Azərbaycan icmasına təqdim olunub.

    Tədbirdə çıxış edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova Azərbaycan icmasının sevincini bölüşən qonaqlara minnətdarlığını bildirib. Kanadada yaşayan azərbaycanlılar olaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün birgə çalışacaqlarını vurğulayıb.

    Daha sonra tanınmış vokalçı, Prezident təqaüdçüsü Həsən Enaminin canlı ifasında Azərbaycanın və Kanadanın Dövlət himnləri səsləndirilib. Himnimizin sədaları altında Lalin Həsənova tərəfindən Azərbaycan Dövlət Bayrağı səmaya ucaldılıb.

    Mərasimin rəsmi hissəsi Azərbaycanın milli rəqsinin ifası ilə başa çatıb.

    Ontario əyalət parlamentinin binasında Azərbaycan xalqının önəmli günü münasibətilə ziyafət verilib.

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

    06 İyun 2023

    Rusiya ilə BMT arasında “Taxıl sazişi” üzrə məsləhətləşmələrin yeri və tarixi açıqlandı

    06 İyun 2023

    Xəbər Xətti – Zəngilanda saxlanılan ermənilərin görüntüləri yayıldı

    05 İyun 2023

    Xəbər Xətti – “Sumqayıt” ilk transferini gerçəkləşdirdi

    05 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

    06 İyun 2023

    Türkiyənin yeni Müdafiə Sənayesi İdərəsinin sədri təyin edildi

    06 İyun 2023

    Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdəki ilk iclası keçiriləcək

    06 İyun 2023

    Bu nömrələrlə maşın sürənlər 100 manat cərimələnəcək

    06 İyun 2023

    Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarına keçir

    06 İyun 2023

    İsrail ilə ikitərəfli əlaqələr müzakirə olunub

    06 İyun 2023

    İstanbul valisi Davud Gül oldu

    06 İyun 2023

    ABŞ-da bu il 17 mindən çox silahla öldürülüb

    06 İyun 2023

    Amerikadan gətirilən avtomobillər bahalaşacaq – VİDEO

    06 İyun 2023

    Rusiya ilə BMT arasında “Taxıl sazişi” üzrə məsləhətləşmələr bu tarixdə olacaq

    06 İyun 2023

    Rusiya ilə BMT arasında “Taxıl sazişi” üzrə məsləhətləşmələrin yeri və tarixi açıqlandı

    06 İyun 2023

    Yaponiya əhalisi sürətlə azalır

    06 İyun 2023

    Musa Avsevər Türkiyənin yeni Baş Qərargah rəisi təyin edildi

    06 İyun 2023

    Türkiyənin yeni müdafiə sənayesi naziri təyin edildi

    05 İyun 2023

    “Apple” iOS 17-ni təqdim edib

    05 İyun 2023

    Ərdoğan kəşfiyyatı kimə həvalə edib?

    05 İyun 2023

    İbrahim Kalın MİT-in rəhbəri oldu

    05 İyun 2023

    Xəbər Xətti – Zəngilanda saxlanılan ermənilərin görüntüləri yayıldı

    05 İyun 2023

    “Apple” iOS 17-ni təqdim edib

    05 İyun 2023

    Azərbaycan ilk dəfə NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi iclasında

    05 İyun 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.