Xeberxetti.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.+++
Biz bu danışıqları dəstəkləyirik. Vaşinqtonda, Brüsseldə və ya başqa bir yerdə keçirilməsinin fərqi yoxdur. Hər iki tərəfin dialoqa davam etməsi vacibdir, Miller bildirib.
Amerikalı diplomat bir daha vurğulayıb ki, Vaşinqton iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir və mübahisəli məsələlərin həllinin mümkün olduğuna inanır.
Xatırladaq ki, mayın 25də Moskvada Ermənistan, Rusiya Federasiyası və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.
Şahanə Rəhimli
Xeberxetti.com