Rusiya müharibəsi başlayandan Avropa ölkələrinə Ukraynadan gedən qaçqınların sayı 8 milyon 249 min 55 nəfərə çatıb.
Bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) İdarəsi yayıb. Qeyd olunub ki, son bir həftə ərzində onların sayı 8 766 nəfər artıb.24 fevral 2022-ci il tarixindən 23 may 2023-cü il tarixədək qaçqınların əksəriyyəti Rusiya ərazisinə keçib – 2 852 395, qəbul edilən qaçqınların sayına görə ikinci yeri Polşa (1 605 738) tutur. Qeyd edilib ki, 5 246 661 ukraynalı qaçqın müvəqqəti müdafiə və dəstək üzrə milli proqramlara daxildir.BMT QAK-nın məlumatına görə, ötən il fevralın 24-dən bu il mayın 23-dək Ukraynadan qonşu ölkələrə 21 milyon 924 min 285 nəfər gedib. Eyni zamanda 13 060 039 nəfər sərhədi əks istiqamətdə keçib. Xeberxetti.com
Teqlər: