Ukrayna Baxmut istiqamətində döyüşən 106 hərbçini əsirlikdən geri qaytarıb.
“Xəbər Xətti” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak açıqlayıb.
Onun sözlərinə görə, geri qaytarılan hərbçilərin əksəriyyəti itkin düşmüş hesab olunurdu.
Mənbə
Xeberxetti.com