Mayın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Xeberxetti.com -a bildiriblər ki, müşavirədə aidiyyəti qurumların rəhbərləri iştirakı ediblər. Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantın təqdim edilməsinə dair tapşırıqlar verilib. Xeberxetti.com
Teqlər: