Xəbər Xətti

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Ən qədim insanın ayaq izləri tapıldı

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      ABŞ Ukraynaya yeni silahlar verəcək

      01 İyun 2023

      Ən qədim insanın ayaq izləri tapıldı

      01 İyun 2023

      Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

      01 İyun 2023

      Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

      01 İyun 2023

      Paltar alarkən nələrə diqqət etməliyik?

      01 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Təhlil-analitika»“Persona-non-qrata” xanım öz ampluasında – Türkiyədə anti-Azərbaycan təbliğatı – ŞƏRH
    Təhlil-analitika

    “Persona-non-qrata” xanım öz ampluasında – Türkiyədə anti-Azərbaycan təbliğatı – ŞƏRH

    25 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Demokratiyanın əsaslarından biri söz azadlığıdır. Ondan xoşməramlı məsələlərə istifadə edilərsə demokratiya udar. Türkiyə demokratik şərait və onun dəyərlərinin inkişafı baxımından çoxları üçün örnəkdir.
    Təəssüf ki, bu şəraitdən pozuculuq, iğtişaş, dövlətlər və müttəfiqlərarası münasibətlərin pozulması üçün də istifadə olunur. Məsələn, Türkiyədə keçirilən prezident seçkisi ərəfəsində təbliğat kampaniyası zamanı müxalifət blokunun təmsilçilərindən biri ölkənin inzibati ərazi vahidini təhrif edib. O, bununla Türkiyənin ərazi bütövlüyünü, suverenliyinin təhdid edən terrorçuların təbliğatını aparıb, Konstitusiyanı pozub. Həmin şəxsə qarşı cinayət işinin başlaması ilə söz azadlığı pozulur? Əlbəttə ki xeyr! Çünki seçkilər dövlətin daha güclənməsi, həm də demokratiyanın inkişafı üçündür. Siyasi kampaniyanın yaratdığı şəraitdən dövlətin qanunlarını pozmaq üçün sui-istifadə hal yolverilməzdir.
    Bu, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və başqa dövlətlər üçün də keçərlidir.
    Türkiyədə mayın 14-də keçirilən Prezident seçkisinin birinci turu, mayın 28-də keçiriləcək ikinci turundan öncə aparılan təbliğat-təşviqatdan bəziləri kəmfürsətcə istifadə edirlər.
    Belələrindən biri Nagəhan Alçıdır (Nagehan Alçı). Türkiyə vətəndaşı olan, yazılarında Azərbaycana sevgisi olduğunu iddia etsə də, onun suveren hüquqlarını pozan, Atatürkün tərəfdarı kimi görünməyə çalışan, əslində daha çox Türkiyənin ərazi bütövlüyünü pozanların havadarlarına qahmar çıxan bu xanım kimdir? O, 1977-ci il aprelin 13-də İstanbulda anadan olub. İngilis, alman, ispanca bilir. Sosial şəbəkədə Katolik məktəbinin də məzunu olduğu barədə yayılan xəbərlər öz təsdiqini tapmayıb.Haqqında təqdimat verməkdə məqsədimiz xanım Alçının dünya görüşünün səviyyəsini göstərməkdir. Başqa sözlə, onun yazdıqları və iddialarının təsadüfi, yaxud “anlamayıb” mənasına gəlmədiyini isbatlamaq üçündür.
    Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda o, ölkəmizə qarşı sözün bütün mənalarında – mənəvi, hüquqi və s. – hörmətsizlik edərək İrəvandan Qarabağa səfər edib. Nəticədə təbii ki, rəsmi Bakı onu “arzuedilməz şəxslər” siyahısına salıb.

    Torpaqlar işğaldan azad edildikdən sonra özünü Azərbaycansevər kimi təqdim etməsi bu baxımdan səmimi sayılmdı. O, sosial şəbəkələrdə bunu təkzib etmişdi: “Böhtan atanlar məhkəmədə cavab verəcək. Azərbaycana girişimin qadağan olunması tamamilə yalandır…”
    Ancaq sonralar o, hay-küyü ilə əsl üzünü gizlədə bilməmişdi və Qarabağ gedib, separatçılarla görüşdüyünü etiraf etmişdi.
    Xanım Alçının Türkiyənin də ərazi bütövlüyünü şübhə altına alanlarla əlaqədar olduğuna dair çoxsaylı məlumatlar var. Belə çıxır ki, bu qadın jurnalist söz azadlığından Azərbaycan və Türkiyəyə qarşı istifadə edir.
    Nagehan Alçının fəaliyyəti təqaüddə olan general-mayor Əhməd Yavuzun “Habertürk”ü boykot etməsinə də səbəb olmuşdu. O, Nagehan Alçını “FETÖ artığı” adlandırmışdı. Xanım jurnalist demokratik şəraitdən və söz azadlığından yaralanaraq saxta erməni iddiasının tanınmasına dair məqalə ilə də çıxış edib.
    Bugünlərdə isə Nagəhan Alçı gündəliyə prezidentliyə keçmiş namizəd Sinan Oğana qarşı iftiraları ilə gündəliyə gəlib.

    Prezidentliyə keçmiş namizəd cavabında deyib ki, Nagehan xanım da bir çoxları kimi onun keçmişi ilə bağlı qınamağa bir şey tapa bilməyəndə öz fantaziyasını işə salıb: “Azərbaycan prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etməkdə və Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaq sizin məqsədiniz nə olduğunu bilmirik? Deyəsən, Azərbaycana giriş qadağanızın olmasının ağrısı canınızdan çıxmayıb!”
    Sinan Oğan jurnalist xanımın müdafiə etdiyi dəstəyə işarə edərək vurğulayıb ki, türk millətçiləri PKK terrorçu qruplaşmasının təmsilçisi HDP-ni dəstəkləsə idi, yəqin Alçı xanım sevinərdi: “Bu cür sağa-sola hücum etməzdiniz”.
    Türkiyəni sevməynlərin Azərbaycanı və əksinə olması mümkün deyil. Hər iki ölkənin ərazi bütövlüyünə qarşı çıxanların, inkişafına mane olanların, istər o, terrorçu, istərsə də demokrat donunda olsun, bu iki dövləti sevməsi də mümkünsüzdür. Odur ki, Azərbaycan və Türkiyəyə qarı səbatsız çıxış və yazıları ilə Nagəhan xanım çoxbilmişdiyindən tələyə düşənə oxşayır. O, bəhs etdiyimiz məsələdə Sinan Oğanın bostanına atdığı daşın arxasında qara əllərin durduğunu gizlədə bilməyib.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    İsrail və Azərbaycan: “Mehriban münasibətlər və gələcək perspektivlər”

    29 May 2023

    Heydər Əliyevin islahatları – iqtisadi liderliyə aparan yol

    27 May 2023

    Paşinyan Moskva görüşünün uğursuzluğunun acısını təxribata əl atmaqla çıxmaq istəyir

    26 May 2023

    İmzalanmayan razılaşmalar – dəyişməyən İrəvan, baş sığallayan beynəlxalq ictimaiyyət – ŞƏRH

    26 May 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023

    Türkiyədə Nazirlər Kabinetinin son tərkibdə olan görüşü başa çatdı – Yenilənib

    01 İyun 2023

    Xəbər Xətti – Kürdə batan yeniyetmənin meyiti tapıldı

    01 İyun 2023

    Kiyevdə magistral yola raket düşüb

    01 İyun 2023

    Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

    01 İyun 2023

    Gəncədə zəncirvari qəza olub

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Xəbər Xətti – Daxili İşlər Nazirliyi məlumat yaydı

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Göyçayda qasırğa səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023

    İlham Əliyev Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

    31 May 2023

    Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

    31 May 2023

    İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb – FOTO

    31 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.