Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
“Xəbər Xətti” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Danışıq əsnasında yerli və beynəlxalq məsələlər müzakirə edilib.
Bildirilib ki, danışıq zamanı Suriya üzrə xarici işlər nazirlərinin Moskvada keçirilən dördtərəfli görüşü ilə bağlı məsələlər müzakirə olunub.
Mənbə
Xeberxetti.com