Xəbər Xətti

    ABŞ müdafiə və hərbi xərcləri azaldacaq

    04 İyun 2023

    Xəbər Xətti – Ankarada sel yaşayış binasının üçüncü mərtəbəsinə qədər qalxdı

    04 İyun 2023

    Prezident Sinan Oğanla da söhbət etdi – Foto

    04 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      ABŞ müdafiə və hərbi xərcləri azaldacaq

      04 İyun 2023

      Xəbər Xətti – Ankarada sel yaşayış binasının üçüncü mərtəbəsinə qədər qalxdı

      04 İyun 2023

      Prezident Sinan Oğanla da söhbət etdi – Foto

      04 İyun 2023

      Bərdədə qadınlar bıçaqlandı

      04 İyun 2023

      Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqladı – Video + Foto

      04 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Bob Bləkmənə Milli Məclisin medalı təqdim olunub
    Fakt

    Bob Bləkmənə Milli Məclisin medalı təqdim olunub

    25 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmənə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim olunub.
    Bu barədə Xeberxetti.com -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Bob Bləkmən Milli Məclisin sədri Sahibə Qafarovanın 19 may 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafına və dövlətlərarası münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfələrə görə təltif edilib. Fəxri medalı Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla birlikdə Bob Bləkmənlə İcmalar Palatasının binasında keçirilən görüş zamanı təqdim edib. Soltan Məmmədov Bob Bləkmənə Milli Məclis rəhbərliyinin salamlarını çatdırıb, Azərbaycanın haqlı mövqeyini daim müdafiə etdiyinə görə ona təşəkkürünü bildirib, parlamentlərarası əlaqələrin inkişafının iki ölkənin maraqlarından irəli gəldiyini qeyd edib. Bob Bləkmən təltifə görə təşəkkür edib, Azərbaycana bu ilin aprel ayında baş tutmuş səfəri zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Milli Məclis rəhbərliyi ilə görüşünü yüksək diqqətin, iki ölkə arasında münasibətlərə verilən xüsusi önəmin nümunəsi kimi qiymətləndirdiyini vurğulayıb. Səfir Elin Süleymanov Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib. O, parlament üzvlərinin sıx əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Görüş zamanı hər iki ölkə parlamentinin dostluq qrupları arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub. Xatırladaq ki, Bob Bləkmən Britaniya parlamentində mütəmadi olaraq Azərbaycanı dəstəkləyən çıxışlar edib, ölkəmizdə çoxsaylı səfərlərdə olub. 2021-ci ildə Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Şuşa şəhərində və Füzuli rayonunda, 2023-cü ildə Ağdam rayonunda olub. O, dəfələrlə Ermənistanın işğalçılıq siyasətini qınayan bəyanatlarla çıxış edib. Xeberxetti.com Teqlər:

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bərdədə qadınlar bıçaqlandı

    04 İyun 2023

    Biləsuvara yenidən içməli su verildi

    04 İyun 2023

    Pakistan hindistanlı balıqçıları azad edib

    04 İyun 2023

    Borrel Cənubi Koreyanın müdafiə naziri ilə Ukraynanın sursat ehtiyacını müzakirə edib

    04 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    ABŞ müdafiə və hərbi xərcləri azaldacaq

    04 İyun 2023

    Xəbər Xətti – Ankarada sel yaşayış binasının üçüncü mərtəbəsinə qədər qalxdı

    04 İyun 2023

    Bərdədə qadınlar bıçaqlandı

    04 İyun 2023

    Biləsuvara yenidən içməli su verildi

    04 İyun 2023

    Pakistan hindistanlı balıqçıları azad edib

    04 İyun 2023

    Borrel Cənubi Koreyanın müdafiə naziri ilə Ukraynanın sursat ehtiyacını müzakirə edib

    04 İyun 2023

    Ərdoğan Türkiyənin yeni hökumətini açıqlayıb

    04 İyun 2023

    Xəbər Xətti – Hacıbaba Bağırov son uşağı olarkən nədən qorxurdu?

    04 İyun 2023

    Yunanıstanda banan qutularında 160 kq-dan çox kokain tapılıb

    04 İyun 2023

    “Mançester Siti” İngiltərə Kubokunu qazandı

    04 İyun 2023

    Bayden ABŞ-nin dövlət borcu həddini artıran qanun layihəsini imzalayıb

    04 İyun 2023

    Qərb bölgəsində güclü külək əsir, leysan yağış və dolu yağır

    04 İyun 2023

    Son sutkada 6 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

    04 İyun 2023

    Azərbaycanda 100 min manata kometa satılır – FOTO

    03 İyun 2023

    Telefonların şarjı axşamlar niyə tez bitir?

    03 İyun 2023

    Ərdoğan Türkiyənin yeni hökmətinin tərkibini açıqladı

    03 İyun 2023

    Ukrayna ilə Macarıstan arasında xəritəyə görə siyasi qalmaqal yaranıb

    03 İyun 2023

    “Like” və məşhurluq üçün hər oyundan çıxan gənclik – VİDEO

    03 İyun 2023

    Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqladı – SİYAHI / VİDEO

    03 İyun 2023

    Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı

    03 İyun 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.