Amerika Birləşmiş Ştatları Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır.
Xeberxetti.com bu barədə “Reuters”ə istinadən xəbər verir. Məlumatda qeyd edilib ki, hərbi yardım paketi cümə günü elan edilə bilər. Digər mənbələr ABŞ-da Xatirə Gününə həsr olunan həftəsonundan sonra yeni yardım paketinin elan edə biləcəklərini deyirlər. Paketə HIMARS buraxılış qurğuları üçün daha çox idarə olunan çoxlu reaktiv yaylım atəşi sistemləri (GMLRS), habelə Ukraynanı Rusiyaya qarşı müdafiə etmək üçün sursatların daxil olacağı gözlənilir. Lazım olan silahlar böyük ehtimalla ABŞ ordusunun ehtiyatlarından köçürüləcək. Xeberxetti.com Teqlər:
Bənzər yazılar
Add A Comment