Xəbər Xətti

    Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

    28 May 2023

    Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

    28 May 2023

    Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

    28 May 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

      28 May 2023

      Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

      28 May 2023

      Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

      28 May 2023

      Xəbər Xətti – Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı

      28 May 2023

      Azərbaycan nefti bahalaşdı

      28 May 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»Tələbə həm təhsil haqqı, həm də kirayə pulu ödəməlidir cənab Emin Əmrullayev…? – Xaricdə təhsil almaq bundan ucuz başa gəlir…
    Ordan-Burdan

    Tələbə həm təhsil haqqı, həm də kirayə pulu ödəməlidir cənab Emin Əmrullayev…? – Xaricdə təhsil almaq bundan ucuz başa gəlir…

    24 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Tələbə həm təhsil haqqı, həm də kirayə pulu ödəməlidir cənab Emin Əmrullayev...?  -  Xaricdə təhsil almaq bundan ucuz başa gəlir...
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Qarabağ

    Cənab  təhsil naziri Emin Əmrullayevin tələbə yataqxanalarından xəbəri varmı..?  Tələbə yataqxanalarından söhbət düşən kimi hamı ağız-ağıza verib deyir ki, 1 milyondan çox qaçqın və məcburi köçkün axınından sonra tələbə yataqxanaları bərbad hala düşdü. Sovet dövründə tələbə olmuş biri kimi deyə bilərəm ki, bu kökündən yanlış fikirdir. Biz 80-ci illərdə ADU-da (indiki BDU) oxuyanda tələbə yataqxanaları bərbad durumda idi. Çox üzr istəyirəm, yataqxanaya girən kimi iyrənc iyi-qoxu adamı vururdu, tualetlər, mətbəxlər antisanitar vəziyyətdə idi. Həmin illərdə özüm ADU-dan tələbə elmi konfransında iştirak etmək üçün Litva Respublikasındakı Kapsukas adına Vilnüs universitetinin yataqxanasında qalmalı oldum. Gördüklərimdən dəhşətə gəlmişdim. 2 nəfərlik yataqxana otaqları bizdəki mehmanxanalar ( indiki otellər ) kimi idi. Təmizlik, səliqə, tələbələr üçün hər cürə şərait, kitabxana, televizor otağı, hamam  və s…bir sözlə lüks şərait. Yəni sözümün canı odur ki, Azərbaycandakı mövcud tələbə yataqxanaları ilə bağlı problemləri qaçqın və məcburi köçkünlərin üzərinə atmaq düzgün deyil. Bəlkə, Azərbaycandakı ali məktəblərdə və kolleclərdəki ən yüksək ödəniş haqqını da məcburi köçkünlər edib..? Hamıya məlumdur ki, postsovet dövlətlərindən ən böyük tələbə ödəniş haqqı Azərbaycandadır. Bu məsələni dəfələrlə Milli Məclisdə qaldırıblar. Amma cənab Elm və Təhsil naziri Emin Əmrullayev bu məsələ barədə bircə dəfə də danışmayıb. İndi təsəvvür edin ki, yazıq valideyn  həm tələbə övladı üçün yüksək ödəniş etməlidir  və üstəlik övladına ev kirayələməlidir. Bu rəqəmin də üstünə gəlin bu gün Bakıda olan gündəlik ərzaq və qida məhsullarının qiymətini. İndi gördünüzmü, bir tələbəni oxutmaq valideynə neçəyə başa gəlir..? Ona görə də çoxları  haqlı olaraq  düşünür ki, xarici ölkədə tələbə oxutmaq, Azərbaycandan daha ucuz başa gəlir..? Buna şübhəniz varmı? Milli Məclisin son iclaslarında deputatlar haray salır ki, qonşu ölkələrdə, o cümlədən qardaş Türkiyədə  dərman preparatlarının qiyməti bizdən 4-5 dəfə ucuzdur. Bəli, xarici ölkələrdə təhsil haqqı bizdən ucuzdur, üstəlik tələbəyə çox aşağı faizlə kredit  verilir. Bizim bankların kredit fazilərinin  isə dünyada bərabəri yoxdur. Hətta deputatlar deyir ki, bu kredit deyil, soyğunçuluqdur. Bütün bunları yazmaqda məqsədimiz odur ki, gəlin problemi qaçqının, məcburi köçkünün, yaxud kiminsə üzərinə atmaqdan əl çəkək. Ortaya vacib sual çıxır: Tələbələrin ödədiyi milyonlarla təhsil haqqı hara gedir..? Təsəvvür edirsiniz, minlərlə tələbəsi olan Azərbaycan Dillər Universitetinin nümayəndəsi deyir ki, yataqxanamızda 100 otaq var. Bəs qalan tələbələr nə etməlidir..? Siz elə bilirsiniz yataqxanadakı mövcud otaqları tələbələrə pulsuz verirlər..? Ay-hayy…tələbə hər ay yataqxanaya pul ödəməlidir. Bəs onda bu qədər ödəniş-təhsil haqqı nəyə lazımdır..? Ey təhsil haqqında düşünən cənablar ! Bəs “Ali təhsil haqqında” Qanun qəbul ediləndə deyirdiniz ki, tələbələr üçün sosial yataqxanalar yaradılacaq, hər cür şərait-filan… Bəs nə oldu, verdiyiniz vədlər..? Cənab nazir, Emin Əmrullayev, bu problemləri biz kənardan görürüksə, siz niyə görmürsünüz..?

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

    28 May 2023

    Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

    28 May 2023

    Azərbaycan nefti bahalaşdı

    28 May 2023

    Ötən gün yol qəzalarında 4 nəfər ölüb

    28 May 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

    28 May 2023

    Xəbər Xətti – Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı

    28 May 2023

    “İstəSən” tarifində yenilik

    28 May 2023

    Azərbaycan Prezidenti Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib

    28 May 2023

    Xəbər Xətti – ABŞ-nin defolt tarixi dəyişdi

    28 May 2023

    Ölkə başçısı Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub

    28 May 2023

    Prezident İlham Əliyev Müstəqillik Günü ilə bağlı paylaşım edib

    28 May 2023

    Emmanuel Makron və İlham Əliyev Moldovada görüşəcəklər

    28 May 2023

    Azərbaycan Prezidenti Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub

    28 May 2023

    Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

    28 May 2023

    Azərbaycanda Müstəqillik Günüdür

    28 May 2023

    Xəbər Xətti – Zaqatalada barama istehsalında vəziyyət necədir?

    27 May 2023

    Prezident Toğanalı-Kəlbəcər-İstisu yolundakı tunellər, Kəlbəcər-Laçın avtomobil yolundakı işlərlə tanış olub

    27 May 2023

    Fransa prezidenti İlham Əliyevi təbrik edib

    27 May 2023

    İstanbulda Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib – FOTO

    27 May 2023

    Gürcüstanda dəmiryolu qəzası: Bir azərbaycanlı ölüb, 3 nəfər xəsarət alıb

    27 May 2023

    Prezident Laçının Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub

    27 May 2023

    Dövlət başçısı “Laçın” şəhər yarımstansiyasının açılışını edib

    27 May 2023

    Milorad Dodik Prezident İlham Əliyevi təbrik edib

    27 May 2023

    Sağlamlığı təhlükə altına atan moda

    27 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.