Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla Rusiyaya gedib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Paşinyan mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək. İşgüzar səfər çərçivəsində Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub. Şahanə Rəhimli Xeberxetti.com Teqlər:
Paşinyan
Bənzər yazılar
Add A Comment