“Məktəblərdə dərslərin keyfiyyətini artırmaq istəyiriksə, bunun yollarından biri sertifikasiyadır. Başqa yol yoxdur”.
“Xəbər Xətti” report-a istinadən xəbər verir ki, bunu deputat Musa Qasımlı Elm və təhsil komitəsinin iclasında deyib.
“Bəzən məktəblərdə yaşı 65-dən yuxarı olanlar pensiyaya çıxır, amma bəzən fənni qeyri-ixtisas müəllimi tədris edir. Həmin müəllim dərsi yaxşı tədris edər, yoxsa yaşı 65-dən yuxarı olan müəllim? Düşünürəm ki, qeyri-ixtisas fənn müəllimləri təhsil prosesinə ziyan vurur”, – o bildirib.
“Xəbər Xətti”