Xəbər Xətti

    Ən qədim insanın ayaq izləri tapıldı

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

    01 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Ən qədim insanın ayaq izləri tapıldı

      01 İyun 2023

      Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

      01 İyun 2023

      Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

      01 İyun 2023

      Paltar alarkən nələrə diqqət etməliyik?

      01 İyun 2023

      Türkiyədə yanacaqla dolu tankerdə yanğın

      01 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Sosial»Metronun depo yollarının yarıdan çox hissəsində dəmir-beton şpallar tətbiq edilib – FOTO
    Sosial

    Metronun depo yollarının yarıdan çox hissəsində dəmir-beton şpallar tətbiq edilib – FOTO

    24 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp
    VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

    Bakı metropoliteninin “Nərimanov” elektrik deposunda son illərdə həyata keçirilən yeniləşmə və müasir standartların tətbiqi baxımından yol təsərrüfatı xüsusi seçilir. Burada qatarların texniki baxış sahələrinin təmiri ilə yanaşı, tədbirlər planına uyğun olaraq, depo yollarına çıxan yol yatağı da tamamilə yenilənib.

    “Xəbər Xətti” apa-ya istinadən xəbər verir ki, bu yollarda ən müasir və texnoloji cəhətdən dövrün tələblərinə uyğun infrastruktur qurulub.

    Əvvəlcə köhnə ağac şpallar üzərində olan dəmir yol yatağı sökülərək yeni tələblərə uyğun salınıb. Yeni yol infrastrukturunun quraşdırılması məqsədilə yeni tipli özül təbəqə qoyulub. Ölkədə istehsal olunan dəmir-beton şpallardan istifadə edilməklə çınqıllı əsas üzərində tam yeni infrastruktur yaradılıb. İlk dəfə pandemiya dövründə uğurla tətbiq edilmiş ən innovativ yeniliklər burada da həyata keçirilib. Bu xüsusda 2021-ci ildə yoldəyişdirici qurğular tamamilə yeni əsaslar üzərində qoyulub. Metropolitendə ilk dəfə depo yollarında monolit dəmir-beton bloklar üzərində çevirici tirlərlə təmin edilmiş mərkəzləşdirilmiş yoldəyişdirici qurğu quraşdırılıb. Bu, yolun üstquruluşu elementlərinin yeniliklərinin daha da modelləşdirilməsi və müasirləşdirilməsi deməkdir.

    “Bakı Metropoliteni” QSC-nin yol mütəxəssislərinin layihəsi əsasında hazırlanan bu yenilik qatarların yoldan çıxma ehtimalını minimuma endirməklə istismar şərtlərini daha sərfəli və səmərəli edir. Başqa sözlə, yoxlama-baxış, nəzarət-qulluq işləri xeyli sadələşdirilir. Açıq hava şəraitində, xüsusən Bakının iqlim mühitində davamlı və dağılmaya qarşı yüksək müqavimətə malikdir.

    Qeyd etmək lazımdır ki, qanovlardan çıxan yollarla yanaşı, daha 5 zonada eyni qaydada yeniliklər tətbiq edilib. Ümumən yeni tipli infrastrukturla təmin edilmiş 7 yoldəyişdirici qurğu dəmir-beton çevirici tirlər üzərindədir. Qanovların qarşısındakı sahədə olduğu kimi, daha 4 qurğu dəmir-beton monolit üzərində olmaqla yenidən qurulub.

    Bununla yanaşı, depo və park yollarında ağac şpalların dəmir-beton analoqları ilə əvəzlənməsi işi davam etdirilir. Depo və park yollarının 70 faizə yaxın hissəsi artıq dəmir-beton şpallar üzərindədir. Bu isə ölkə xaricində istehsal olunan ağac şpallardan asılılığı azaltmaqla yanaşı, daha uzunömürlü, Bakının geoloji və iqlim şəraitinə uyğundur. Həmçinin bu, yollara qulluğun və təmir-baxış işlərinin keyfiyyətinin asanlaşması və təkmilləşdirilməsi deməkdir. Ənənəvi fəsil problemlərinin minimuma endirilməsi ilə yanaşı, depo yollarının təhlükəsizliyi və etibarlılığı da bununla yeni səviyyəyə qaldırılıb.

    Depo yollarında təmir, yenidənqurma işləri kompleks tədbirlərin tərkib hissəsi kimi davam etdirilir.

    “Xəbər Xətti”

    QALEREYA

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Qasırğa Ağdamda ciddi fəsadlar törədib – FOTO

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023

    Türkiyədə Nazirlər Kabinetinin son tərkibdə olan görüşü başa çatdı – Yenilənib

    01 İyun 2023

    Xəbər Xətti – Kürdə batan yeniyetmənin meyiti tapıldı

    01 İyun 2023

    Kiyevdə magistral yola raket düşüb

    01 İyun 2023

    Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

    01 İyun 2023

    Gəncədə zəncirvari qəza olub

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Xəbər Xətti – Daxili İşlər Nazirliyi məlumat yaydı

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Göyçayda qasırğa səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023

    İlham Əliyev Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

    31 May 2023

    Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

    31 May 2023

    İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb – FOTO

    31 May 2023

    İlham Əliyev Maya Sandunu Azərbaycana dəvət edib

    31 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.