Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya gedib. O, II Avrasiya İqtisadi Forumunda iştirak edəcək və bir sıra görüşlər keçirəcək.
Bu barədə prezidentin mətbuat xidmətinə yaxın “Pool of First” Telegram kanalı məlumat yayıb. “Lukaşenko Moskvada. Proqram zəngin olacaq”, – məlumatda deyilir. Bundan əvvəl Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə mayın 24-də görüşəcəyini açıqlamışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün planlaşdırıldığını təsdiqləyib. Şahanə Rəhimli Xeberxetti.com
Teqlər:
Lukaşenko