Xəbər Xətti

    Xəbər Xətti – Ankarada sel yaşayış binasının üçüncü mərtəbəsinə qədər qalxdı

    04 İyun 2023

    Prezident Sinan Oğanla da söhbət etdi – Foto

    04 İyun 2023

    Bərdədə qadınlar bıçaqlandı

    04 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – Ankarada sel yaşayış binasının üçüncü mərtəbəsinə qədər qalxdı

      04 İyun 2023

      Prezident Sinan Oğanla da söhbət etdi – Foto

      04 İyun 2023

      Bərdədə qadınlar bıçaqlandı

      04 İyun 2023

      Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqladı – Video + Foto

      04 İyun 2023

      Biləsuvara yenidən içməli su verildi

      04 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Kərim Vəliyev Pakistanın Quru Qoşunlarının komandanı ilə görüşüb – FOTO
    Siyasət

    Kərim Vəliyev Pakistanın Quru Qoşunlarının komandanı ilə görüşüb – FOTO

    24 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşüb.

    Bu barədə “Xəbər Xətti”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

    Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Baş Qərargah rəisi general-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçib.

    Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.

    Ordu generalı A.Munir qonaqları salamlayaraq onları ölkəsində görməkdən məmnunluğunu ifadə edib. O, Vətən müharibəsində qazanılmış qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Ordu generalı A.Munir iki ölkə orduları arasında dostluq münasibətlərinin inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, Pakistanın Azərbaycan ilə hərbi əməkdaşlığa xüsusi önəm verdiyini və hərbi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

    Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu, bu münasibətlərin digər sahələrdə olduğu kimi ikitərəfli hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib.

    General-polkovnik K.Vəliyev Pakistanla bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişafı və genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.

    Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar barədə danışan Baş Qərargah rəisi bunun Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləşdirilməsi məqsədilə edildiyini və hər dəfə onların layiqli cavab aldığını qeyd edib.

    Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

    Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Azərbaycanda 100 min manata kometa satılır – FOTO

    03 İyun 2023

    Telefonların şarjı axşamlar niyə tez bitir?

    03 İyun 2023

    “Like” və məşhurluq üçün hər oyundan çıxan gənclik – VİDEO

    03 İyun 2023

    Ekspert: “Taksi sürücüləri qiymətlərdən, sərnişinlər isə keyfiyyətdən narazıdırlar”

    03 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – Ankarada sel yaşayış binasının üçüncü mərtəbəsinə qədər qalxdı

    04 İyun 2023

    Bərdədə qadınlar bıçaqlandı

    04 İyun 2023

    Biləsuvara yenidən içməli su verildi

    04 İyun 2023

    Pakistan hindistanlı balıqçıları azad edib

    04 İyun 2023

    Borrel Cənubi Koreyanın müdafiə naziri ilə Ukraynanın sursat ehtiyacını müzakirə edib

    04 İyun 2023

    Ərdoğan Türkiyənin yeni hökumətini açıqlayıb

    04 İyun 2023

    Xəbər Xətti – Hacıbaba Bağırov son uşağı olarkən nədən qorxurdu?

    04 İyun 2023

    Bayden ABŞ-nin dövlət borcu həddini artıran qanun layihəsini imzalayıb

    04 İyun 2023

    Qərb bölgəsində güclü külək əsir, leysan yağış və dolu yağır

    04 İyun 2023

    Azərbaycanda 100 min manata kometa satılır – FOTO

    03 İyun 2023

    Telefonların şarjı axşamlar niyə tez bitir?

    03 İyun 2023

    Ərdoğan Türkiyənin yeni hökmətinin tərkibini açıqladı

    03 İyun 2023

    Ukrayna ilə Macarıstan arasında xəritəyə görə siyasi qalmaqal yaranıb

    03 İyun 2023

    “Like” və məşhurluq üçün hər oyundan çıxan gənclik – VİDEO

    03 İyun 2023

    Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqladı – SİYAHI / VİDEO

    03 İyun 2023

    Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı

    03 İyun 2023

    Estoniya Baltik dənizində hərbi təlimlərə başlayıb

    03 İyun 2023

    Azərbaycan tarixinin silinməz yarası – VİDEO

    03 İyun 2023

    İlham Əliyev və Mehriban Əliyeva Türkiyə Prezidenti adından verilən şam yeməyində iştirak ediblər

    03 İyun 2023

    Xəbər Xətti – Türkiyə səfiri övladının cehizini zəlzələdən zərərçəkənlərə göndərən azərbaycanlının qızının toyunda

    03 İyun 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.