Son bir neçə həftə ərzində etirazlarda gözlərindən zədə alanlara və bu etirazçıların ailələrinə təzyiqlərin güclənməsindən sonra onlardan ən azı ikisinin həbs edildiyi bildirilir.
Xeberxetti.com xəbər verir ki, hüquq müdafiəçiləri təşkilatlarının məlumatına əsasən, “Qadın, Həyat, Azadlıq” şüarı altında keçirilən etiraz aksiyalarında hökumət qüvvələrinin açdığı atəş nəticəsində gözlərini itirmiş iki etirazçı Əmir Vilayəti və Herəş Nəqşbəndi həbs olunub. Gözü zədələnmiş Vahid Əbbasi Pəyani isə artıq bir neçə ayldır ki, həbsdə saxlanılır. Əmir Vilayəti mayın 18-də hökumət qüvvələri tərəfinən evinə basqın edilərək həbs olunub. O, Məhsa Əmininin ölümündən sonra ümummilli etirazların ikinci həftəsində Tehranın Narmək bölgəsindəki nümayişdə motosikletli xüsusi təyinatlı bölük qüvvələri tərəfindən açılan atəş nəticəsində bir gözünü itirb. İran agentləri tərəfindən güllələnmə nəticəsində etirazlar zamanı bir gözünü itirən aktyor və teatr rejissoru Harş Nəqşbəndi isə ötən həftə həbs edilib və indiyədək onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment