Xəbər Xətti

    Xəbər Xətti – 89 yaşlı Al Paçino arvadından şübhələnib: Uşaq məndən deyil

    03 İyun 2023

    Hindistanda ölənlərin sayı 200-ü ötdü – Yenilənib

    03 İyun 2023

    Türkiyədə yeni seçilən deputatların andiçmə mərasimi başa çatdı – Yenilənib + Video

    03 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – 89 yaşlı Al Paçino arvadından şübhələnib: Uşaq məndən deyil

      03 İyun 2023

      Hindistanda ölənlərin sayı 200-ü ötdü – Yenilənib

      03 İyun 2023

      Türkiyədə yeni seçilən deputatların andiçmə mərasimi başa çatdı – Yenilənib + Video

      03 İyun 2023

      Xəbər Xətti – Əllərindən telefon düşməyən avtobus sürücüləri: Təhlükə nə vaxtadək davam edəcək?

      03 İyun 2023

      Anaları narkotika verdi , 500 dollara kişilərə satıldılar – Məşhurların kino yolu

      03 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Təhlil-analitika»İrəvanın reallığı qəbul etməsi və 25 il əvvəlki hadisələrin təkrarlanma ehtimalı – ŞƏRH
    Təhlil-analitika

    İrəvanın reallığı qəbul etməsi və 25 il əvvəlki hadisələrin təkrarlanma ehtimalı – ŞƏRH

    24 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Ermənistan hökuməti İrəvanın 35 il ərzində həyata keçirdiyi siyasətlə Azərbaycanla münasibətlərin normallaşmasına yaratdığı maneələrdən danışmağa başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etməsini xüsusi vurğulamaq lazımdır.
    Düzdür, bunların hamısı açıqlamalardır, normallaşmaya dair sənəd hələ də imzalanmayıb. Məlum olan isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında mayın 1-dən 4-dək Vaşinqtonda keçirilən danışıqlarda sülh müqaviləsinə dair iki bəndin razılaşdırılmasıdır. Bunu da Ermənistanın XİN-in başçısı bildirib.
    Ermənistan hakimiyyətinin əvvəllər də belə açıqlamalar verdiyi yaxın tarixdən məlumdur. 1998-ci ildə bu ölkənin o vaxtkı Prezidenti Levon Ter-Petrosyan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına hazır olduğunu və s. bildirmişdi. Ancaq bunu istəməyənlər onu istefaya göndərməklə Azərbaycan torpaqlarının işğalının daha 22 il uzadılmasına nail oldular.

    İndi Ermənistanda oxşar situasiya yaranıb. Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına, kommunikasiya xətlərinin açılmasına, regional əməkdaşlıq, sülh müqaviləsi və başqa bu kimi məsələlərə dair alayarımçıq bəyanatlarına qarşı Ermənistanda çıxışlar edilir.
    Bunlar kimlərdir? Birincisi, Livandakı erməni kilsəsidir. Erməni xalqının başlıca düşməni belə kilsələrin başçılarıdır. İsa peyğəmbər insanlar arasında sevgini təbliğ edib. Sevgi xristianlığın əsaslarındandır. Ancaq erməni kilsələri türklərə və insanlığa qarşı kin-nifrət, Azərbaycan, Türkiyə, Gürcüstan və İran torpaqlarına iddiaları təbliğ edir. Kilsənin və erməni ideoloqlarının əməlləri nəticəsində bu etnosun nümayəndələri İsrail ərazisinin onlara məxsus olması iddiası ilə də çıxış edirlər.
    Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın iddiasına əsasən, guya rəsmi İrəvan Azərbaycana ərazi güzəşt edib və tezliklə, Zəngəzur dəhlizi də açılacaq. Suriyada anadan olmuş V.Oskanyan Livandakı kilsənin tərbiyəsi ilə böyüyənlərdəndir. O, 1998-ci ilin fevralında Levon Ter-Petrosyan istefa verməyə məcbur ediləndən sonra nazir postuna gətirilmişdi.

    Azərbaycanın fərari və xəyanətkar vətəndaşları-Robert Koçaryan, Serj Saqsyan, Arkadi Qukasyan, Boko Saakyan, Araik Arutyunyan və başqaları hələ də uşaqlıqda türkə qarşı düşmənlik ruhunda aldıqları milli tərbiyənin əsarətindən xilas ola bilmirlər. Bu səbəbdən də onlar ermənilərin rifahına deyil, özgələrin xeyrinə fəaliyyət göstərirlər. Nikol Paşinyanın etirafına qarşı bu kimi ermənilərin çıxışlarının müddəti keçib. Yəni yararsızdır. Belə çıxır ki, onların havadarları və erməni ideoloqları Ermənistan cəmiyyətinə hələ də yararsız, vaxtı ötmüş təbliğat material “yedizdirməyi” davam etdirilər.
    Ancaq Paşinyanla yanaşı ermənilər arasında reallığı dəyərləndirən başqa siyasilər də var. Levon Ter-Petrosyanın dövründə dövlət müşaviri olmuş Jirayr Liparityan deyib: “Qarabağ bizim deyil ki, onu kiməsə verək. Müharibə nəticəsində biz Qarabağ məsələsində nəsə demək haqqını da itirdik”.

    Nikol Paşinyan

    Ermənistan cəmiyyətində reallıq hissini itirməyənlərin sayının artacağına da inam az deyil. Hakim Mülkü Müqavilə Partiyasının üzvü, deputat Lilit Stepanyan təşkilatın toplantısında Qarabağda işğal dövründə daşın-daş üstünə qoyulmadığına işarə edərək deyib: “Azərbaycanın Qarabağda etdiklərinin yarısını siz 30 ildə niyə etməyibsiniz?”
    Ermənistan cəmiyyətində vəziyyəti belə də xarakterizə etmək olar:
    -bütün siyasi qüvvələr, ictimaiyyət Ermənistanın vəziyyətinin ağır olduğunu etiraf edir;
    – Koçaryan kimilər yeni təşəbbüslə çıxış edə bilmirlər. Onların ideyaları tükənib, yaxud özləri bir işə yaramadıqları üçün havadarlarının köhnə və əsassız ideyalarını təkrarlayırlar;

    Nikol Paşinyan

    – Nikol Paşinyan, Jirayr Liparityan kimilərin Azərbaycan və Türkiyə ilə bağlı etirafları isə yarımçıq, bəzən də minnətlidır. Amma baş nazir səviyyəsində belə etiraf Ermənistan cəmiyyəti üçün yenilik sayıla bilər;
    – yanlış və reallıqdan uzaq düşüncəni, fəaliyyəti dəstəkləyən, regionda maraqlarının təmin olunmasına çalışan, bu məqsədlə erməni havadarlığı pərdəsi altında gizlənənlər vəziyyəti xeyirlərinə dəyişmək məqsədi ilə Ermənistanda hakimiyyət çevrilişinə cəhd üçün lider axtarışındadır və b.
    Beləliklə, Ermənistanın siyasi səhnəsində iki tərəf daha aydın görünür: Paşinyan başda olmaqla reallığı yarımçıq etiraf edənlər, digəri isə Koçaryan, Sarqsyan kimi xarici qüvvələrin, kilsənin əlində oyuncaq olanlar.
    Bununla belə rəsmi İrəvanın mövqeyi də mütəhərrik, səbatsız görünür. O, özünü bu mərhələdə sülhsevər və etirafçı kimi təqdim edərək vaxtı uzada və hakimiyyəti perspektivdə qarşı tərəfə təhvil verə də bilər. Ona görə də Ermənistanın Azərbaycanla Türkiyənin etibar və etimadını qazanması vacibdir. Əks halda bütün baş verənlər ermənilik və havadarlarının manevrinə çevriləcək.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Fərid Səfərlini vəkilsiz saxlayan Tehran rejimi – İranın gecikən, saxta etirafı – ŞƏRH

    02 İyun 2023

    İsrail və Azərbaycan: “Mehriban münasibətlər və gələcək perspektivlər”

    29 May 2023

    Heydər Əliyevin islahatları – iqtisadi liderliyə aparan yol

    27 May 2023

    Paşinyan Moskva görüşünün uğursuzluğunun acısını təxribata əl atmaqla çıxmaq istəyir

    26 May 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – 89 yaşlı Al Paçino arvadından şübhələnib: Uşaq məndən deyil

    03 İyun 2023

    Hindistanda ölənlərin sayı 200-ü ötdü – Yenilənib

    03 İyun 2023

    Türkiyədə yeni seçilən deputatların andiçmə mərasimi başa çatdı – Yenilənib + Video

    03 İyun 2023

    Xəbər Xətti – Əllərindən telefon düşməyən avtobus sürücüləri: Təhlükə nə vaxtadək davam edəcək?

    03 İyun 2023

    Anaları narkotika verdi , 500 dollara kişilərə satıldılar – Məşhurların kino yolu

    03 İyun 2023

    Çində tornado nəticəsində 13 nəfər yaralandı – Video

    03 İyun 2023

    Hava şəraiti kəskin dəyişəcək, leysan olacaq, dolu düşəcək

    03 İyun 2023

    Belqorod atəşə tutuldu – Ölən və yaralananlar var

    03 İyun 2023

    Şuşadakı basketbol turnirinə qatılacaq komandalar açıqlanıb

    03 İyun 2023

    Hindistanda ölənlərin sayı artdı – 500-dən çox yaralı var+Yenilənib

    03 İyun 2023

    Xəbər Xətti – İllər öncə tikintisi yarımçıq saxlanılan bina təhlükə saçır

    03 İyun 2023

    Tbilisiyə uçan təyyarə tufana görə geri qayıtdı

    03 İyun 2023

    Anlaşma əldə olundu: Bu marşrut üzrə Azərbaycan-Ermənistan əlaqəsi bərpa olunur

    02 İyun 2023

    Hindistanda qatarlar toqquşdu: 500 yaralı, 70 ölü

    02 İyun 2023

    İlham Əliyev ermənilərin arzusunu ürəyində qoydu – VİDEO

    02 İyun 2023

    Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı artdı – 500-dən çox yaralı var+Yenilənib

    02 İyun 2023

    Aran rayonlarında 31 dərəcə isti olub

    02 İyun 2023

    Erməni fəal sülh danışıqlarına olan maneələrin səbəbini AÇIQLADI – VİDEO

    02 İyun 2023

    Uşaqlar üçün bayram: “CinemaPlus” aztəminatlı ailələrin övladlarını dəvət etdi

    02 İyun 2023

    İspaniyanın 5 bələdiyyə başçısı bu üsulla seçildi

    02 İyun 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.