Adolf Hitlerin doğulduğu və uşaqlığını keçirdiyi Braunaudakı ev polislərin insan hüquqları üzrə təlim kurslarında istifadə olunacaq. Bu barədə çərşənbə axşamı ORF telekanalı məlumat yayıb.
Kanalın bildirdiyinə görə, ev 2011-ci ildən boşdur. 2016-cı ildən müsadirə olunub və dövlətə məxsusdur. ORF-in məlumatına görə, 2023-cü ilin payızında bina yenidən dizayn ediləcək və polis üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsində istifadə olunacaq. Telekanal xəbər verir ki, evin təmiri 2025-ci ildə başa çatacaq və 2026-cı ildə polis bölməsi və rayon polis şöbəsi ora köçəcək. Üzərinə “Sülh, Azadlıq və Demokratiya uğrunda. Biz bir daha faşizmə imkan verməyəcəyik, milyonlarla ölü bunu xahiş edir” yazılmış xatirə daşı binadan çıxarılmayacaq. Telekanalın məlumatına görə, evin sonrakı istifadəsi məsələsi uzun müddətdir mübahisə doğurur. Bazar institutunun məlumatına görə, respondentlərin 53%-i evdə milli sosializm, yaddaş, anti-faşizm, tolerantlıq və sülh mövzuları ilə məşğul olan qurumun yaradılmasını dəstəkləyib, 23%-i binanın sökülməsinə üstünlük verib, yalnız 6 % icra hakimiyyəti institutunun ora köçməsini istəyir. Şahanə Rəhimli Xeberxetti.com
Teqlər: