“Barselona” daha bir futbolçusu ilə yollarını ayırıb.
“Xəbər Xətti” matc.az-a istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçisi Jordi Albanı yola salıb.
İspaniya klubu 34 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər olan müqavilənin yenilənməyəcəyini açıqlayıb. Bu isə o deməkdi ki, Alba 2012-ci ildən şərəfini qoruduğu komanda ilə gələn ay vidalaşacaq.
Qeyd edək ki, “Barselona” bundan əvvəl kapitan Serxio Busketslə sağollaşıb.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com