Rəsmi Pekin NATO-nun Yaponiyada əlaqə ofisi açmaq planını tənqid edib.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, ölkə hakimiyyəti plana qarşıdır. Bəyanata cavab olaraq Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Tokio NATO-nun hərbi-siyasi blokuna daxil olmaq niyyətində deyil. Onun sözlərinə görə, Tokio alyansın nümayəndəliyinin açılması ilə bağlı hələ yekun qərar qəbul etməyib. Lakin mayın 10-da NATO-nun baş katibi Yens Stoltenberq alyansın Yaponiyada ofisinin açılması planlarını təsdiqləmişdi. Onun sözlərinə görə, Yaponiya NATO üçün çox yaxın və vacib tərəfdaşdır. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment