Qanunvericilikdə müəyyən edilmiş hesabat formalarını müvafiq tarixədək Hesablama Palatasına təqdim etməyən qurumlar müəyyənləşib. Bu barədə Hesablama Palatasının “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata” verdiyi rəydə bildirilib. Həmin qurumlar aşağıdakılardır:Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti“BakuBus” MMC “Aqroservis” Açıq Səhmdar CəmiyyətiBeynəlxalq Muğam MərkəziNizami Gəncəvi Beynəlxalq Mərkəzi“Bakı Kristal Zalı” MMC “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi”PHŞ “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” PHŞ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞQeyd edək ki, dövlət müəssisələri (MMC, ASC,QSC və s.) tərəfindən büdcənin icrası ilə bağlı aidiyyəti hesabatlar bəzi hallarda təqdim edilmir.
Mənbə
Xeberxetti.com