Böyük Britaniyanın eks Baş naziri Boris Conson barədə yeni iddialar irəli sürülüb.Xarici mətbuat xəbər verir ki, onun Covid-19 epidemiyası zamanı tətbiq edilən məhdudiyyətləri pozduğuna dair məlumat yayılıb.Qeyd olunur ki, Consonun nazirlərin istifadəsinə verilmiş bağ evində dostları ilə görüşərək böyük məclis keçirib.Nazirlər Kabineti bununla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.Hazırda məsələ ilə bağlı araşdırma aparılır.Qeyd edək ki, Conson əvvəllər Covid-19 məhdudiyyətlərini pozduğuna görə cərimələnib.
Mənbə
Xeberxetti.com