Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb.
Bu barədə Xeberxetti.com -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb. “Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Əsgər Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır”, – məlumatda qeyd edilib. Xeberxetti.com
Teqlər:
Biləsuvar