Xəbər Xətti

    Xəbər Xətti – Ankarada sel yaşayış binasının üçüncü mərtəbəsinə qədər qalxdı

    04 İyun 2023

    Prezident Sinan Oğanla da söhbət etdi – Foto

    04 İyun 2023

    Bərdədə qadınlar bıçaqlandı

    04 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – Ankarada sel yaşayış binasının üçüncü mərtəbəsinə qədər qalxdı

      04 İyun 2023

      Prezident Sinan Oğanla da söhbət etdi – Foto

      04 İyun 2023

      Bərdədə qadınlar bıçaqlandı

      04 İyun 2023

      Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqladı – Video + Foto

      04 İyun 2023

      Biləsuvara yenidən içməli su verildi

      04 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»Ülviyyədən Əliqismət Lalayev haqda ağır – İttihamlar
    Ordan-Burdan

    Ülviyyədən Əliqismət Lalayev haqda ağır – İttihamlar

    15 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva teatrın direktoru Əliqismət Lalayevdən şikayətçidir.“Qafqazinfo”ya müraciət edən aktrisa iddia edib ki, Ə. Lalayev onunla ədavət aparır, illərdir fəxri ad və Prezident mükafatı almasına imkan vermir:“Mənimlə nəyi bölüşə bilmədiyini bilmirəm. Balığı sudan çıxarıb havasını kəsərsən a, o da elə davranır. Hətta bir dəfə mənə qarşı çox böyük haqsızlıq etmişdi. Teatrdan küsüb getmişdim, amma sənətdən uzaqlaşmamışdım. O ərəfələrdə “Üç bacı” serialı çəkilirdi, “Çal-çağır” da var idi. İki ildən sonra Əliqismət Lalayev çağırdı ki, gəl, sənə fəxri ad da, mükafat da verəcəyik. İki il də keçdi, mənə Xalq artisti Afaq Bəşirqızının “Mən dəyərəm min cavana” tamaşasındakı “Güldəstə” obrazını həvalə etdilər. İki-üç il də keçdi, gəlib dedim ki, bəs nə oldu? Qayıdıb dedi ki, sən hələ gözlə, səndən əvvəl gələnlər var. Dedim ki, yaxşı, mən həmişə böyük-kiçik yerini gözləmişəm. Sonra gördüm ki, hətta dörd-beş ildir gələnlər də artıq mükafat alır, amma mənim adım yenə də siyahıya salınmayıb. Bəli, gənclərin də haqqıdır, hamının haqqıdır. Bu, Prezidentin, dövlətin verdiyi mükafatdır. Biz artıq orta nəsil sayılırıq. Və məni yenə kölgədə qoyurlar. Nə qədər ki o insan oradadır, belə də olacaq, adım siyahıya heç vaxt düşməyəcək. Səbəbini bilmirəm”.Həmçinin oxuyun: В Турции состоится второй тур президентских выборов 25 ildir teatrda çalışan Ü. Əliyeva oradakı çatışmazlıqları dilə gətirib: “Sağ olsun Prezidentimiz, teatra akademik statusunu verdi. Amma çox təəssüf ki, operetta teatrı olsaq da, operettadan başqa nə istəyirsiniz, oynayırıq. Əslində bütün aktyorlar gileylidir, sadəcə olaraq onların danışmağa cəsarəti yoxdur. Buna çox təəssüf edirəm. Biz yaradıcı insanıq. Direktorlar gəlib-gedir, amma biz qalırıq. Biz bu teatrın varisləriyik. Hər il tamaşalarımıza dövlət büdcəsindən maliyyə ayrılır. 60, 90, hətta 100 minlik dövlət sifarişli tamaşalarımız olur. Niyə mən “Beş manatlıq gəlin” tamaşasındakı paltarı “Bəxtiyar”da geyinməliyəm?! Fərqli-fərqli tamaşalardır. Teatrın iki metrə parçası yoxdur ki, aktrisanın əyninə başqa bir paltar tiksin?! Tamaşaçı eyni paltarı geyindiyimi hiss etməsin deyə, başqa aktrisanın evindən gətirdiyi jaketi geyinib çıxıram səhnəyə.Bəlkə də Əliqismət Lalayev ona görə məni sevmir ki, həmişə sənətlə bağlı onunla mübahisə edirəm. “Psix” kimi tamaşalar teatrımız spekisifikasına uyğun gəlmir. O “Psix”ə ayırdığınız pula ən azından “Talelər qovuşanda” tamaşasını qoyardınız. Rauf Hacıyevin musiqiləridir, bərpa edərdiniz o tamaşanı. “Kimyagər”, “Psix” kimə lazımdır axı?! Tamaşaçını niyə qaçırdırıq? Bəli, dramatik əsər olsun. Hər bir teatrın repertuarında 44 günlük Vətən müharibəsi ilə bağlı tamaşa olmalıdır. Bu, bizim vətəndaşlıq borcumuzdur. Biz Musiqili Teatrıq, operetta oynamalıyıq. Musiqili teatr ixtisasını bitirən tələbələri götürmürlər ki, guya səsləri yoxdur, oxuya bilmirlər. Onlar dörd il vokal dərsləri alır axı. Özüm də o ixtisası bitirmişəm. Konservatoriyadan gətirirlər, oradan gələn uşaqların isə aktyorluq bacarığı yoxdur, hamısı ifaçıdır. Dövlət sifarişli ingilis dilində “Anamın kitabı” tamaşası qoyuldu. İngilis əlifbasını bilməyən aktyorlar guya 11 ay kurs keçdilər. 11 aya kim dil öyrənə bilir? İngilis dilini bilən tamaşaçılar baxıb gülürdülər. Belə bir vəziyyətdəyik”.Aktrisa bu yaxınlarda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunmuş konsert proqramında da iştirakına icazə verilmədiyini bildirib. Onun sözlərinə görə, bunun səbəbi barədə baş rejissor, dirijora suallar versə də, cavabını tapa bilməyib: “Mədəniyyət Nazirliyi gəlib attestasiya aparsın. Hamımız çıxaq səhnəyə, görək kimin səsi, potensialı var. Camaat mənə seriallarına çağırır ki, reytinq yüksək olsun. Oynayıb pul qazanırıq, amma teatr potensialımdan havayı istifadə etmir. Bu gün oynamıramsa, nə vaxt oynayacağam? Sonra deyəcəksiniz ki, yaşın çoxdur, obraza uyğun gəlmirsən. Hətta Şuşaya olan qastrol səfərlərinə də məni yazmırlar. Desələr ki, səhvim nədir, üzr istəyərəm”.Ü. Əliyeva Ə. Lalayevə səslənib: “Səhvim o olub ki, bu yerlərə halal zəhmətim, təmiz adımla gəlmişəm, yaltaqlığım olmayıb, söz gəzdirməmişəm. Başqa nə səhvim ola bilər ki? Ömür boyu başımı aşağı salıb sənətimlə məşğul olmuşam. Bu açıqlamarı vermək mənim üçün xəcalətdir. Tamaşaçı bunu görməməlidir. Mən dilənçi deyiləm. Söhbət mükafatdan getmir. Söhbət ondan gedir ki, niyə həmişə hər şeydən kənarda qalmalıyam?! Bu, mənim doğma teatrımdır. Mən üç direktor görmüşəm. Sən də, Əliqismət Lalayev, gedəcəksən, amma yaradıcı insanlar qalacaq. Bu səsi də, istedadı da mənə Allah verib. Bu istedadın qarşısını niyə alırsan? Nə vaxtadək haqsızlığa görə aktyorların ürəyi partlayıb öləcək? Heç biri də danışmayıb, abır-həya ediblər. Teatrın Bədii Şurası da yoxdur ki, gedib dərdimizi deyək. Hər şeyə direktor qərar verir”.Məsələ ilə bağlı Ə. Lalayevlə əlaqə saxladıq. Direktor “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, son üç ildə teatrda heç kim fəxri ad almayıb: “Prezident mükafatı isə iş təcrübəsi ilə əlaqədar verilir. Alanlar da elə 20-25 ildir işləyir. Ona da növbə çatacaq, o da alacaq. Teatrda 70 aktyor var, cəmi 9-u Prezident mükafatı alıb”. 

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Qubadlıda çətənə kolları aşkarlandı

    04 İyun 2023

    İlkin Süleymanov son sözündə nələrdən danışdı? – Hakim müdaxilə etdi

    04 İyun 2023

    Yeni işindən 2.5 milyon qazanacaq

    04 İyun 2023

    Qadın sağlamlığı üçün ən faydalı mineral

    04 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – Ankarada sel yaşayış binasının üçüncü mərtəbəsinə qədər qalxdı

    04 İyun 2023

    Bərdədə qadınlar bıçaqlandı

    04 İyun 2023

    Biləsuvara yenidən içməli su verildi

    04 İyun 2023

    Pakistan hindistanlı balıqçıları azad edib

    04 İyun 2023

    Borrel Cənubi Koreyanın müdafiə naziri ilə Ukraynanın sursat ehtiyacını müzakirə edib

    04 İyun 2023

    Ərdoğan Türkiyənin yeni hökumətini açıqlayıb

    04 İyun 2023

    Xəbər Xətti – Hacıbaba Bağırov son uşağı olarkən nədən qorxurdu?

    04 İyun 2023

    Bayden ABŞ-nin dövlət borcu həddini artıran qanun layihəsini imzalayıb

    04 İyun 2023

    Qərb bölgəsində güclü külək əsir, leysan yağış və dolu yağır

    04 İyun 2023

    Azərbaycanda 100 min manata kometa satılır – FOTO

    03 İyun 2023

    Telefonların şarjı axşamlar niyə tez bitir?

    03 İyun 2023

    Ərdoğan Türkiyənin yeni hökmətinin tərkibini açıqladı

    03 İyun 2023

    Ukrayna ilə Macarıstan arasında xəritəyə görə siyasi qalmaqal yaranıb

    03 İyun 2023

    “Like” və məşhurluq üçün hər oyundan çıxan gənclik – VİDEO

    03 İyun 2023

    Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqladı – SİYAHI / VİDEO

    03 İyun 2023

    Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı

    03 İyun 2023

    Estoniya Baltik dənizində hərbi təlimlərə başlayıb

    03 İyun 2023

    Azərbaycan tarixinin silinməz yarası – VİDEO

    03 İyun 2023

    İlham Əliyev və Mehriban Əliyeva Türkiyə Prezidenti adından verilən şam yeməyində iştirak ediblər

    03 İyun 2023

    Xəbər Xətti – Türkiyə səfiri övladının cehizini zəlzələdən zərərçəkənlərə göndərən azərbaycanlının qızının toyunda

    03 İyun 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.