“Seçkilərin ikinci tura keçəcəyini əvvəldən gözləyirdik”.
“Xəbər Xətti” xəbər verir ki, bunu Türkiyədə prezident seçkilərinə namizəd, Ata partiyasının sədri Sinan Oğan jurnalistlərə açıqlaması zamanı deyib:
“Seçkilərin ikinci tura keçəcəyini əvvəldən gözləyirdik. YSK sədri deyir ki, qutuların 50 faizi sistemə daxil edilib. AA və ANKA-ya baxdıqda çox fərqli nəticələr görürük. İkinci turun müəyyənediciləri türk millətçiləri olacaq. Qarşıda bizi daha çətin 15 gün gözləyir. Bu prosesdə əlimizdən gələni edəcəyik ki, ölkəmiz üçün yaxşı nəticə olsun”.
Mənbə
Xeberxetti.com