Xəbər Xətti

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Ən qədim insanın ayaq izləri tapıldı

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      ABŞ Ukraynaya yeni silahlar verəcək

      01 İyun 2023

      Ən qədim insanın ayaq izləri tapıldı

      01 İyun 2023

      Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

      01 İyun 2023

      Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

      01 İyun 2023

      Paltar alarkən nələrə diqqət etməliyik?

      01 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Magistratura imtahanının II cəhdinə qeydiyyat başlayıb
    Fakt

    Magistratura imtahanının II cəhdinə qeydiyyat başlayıb

    15 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edib.
    Xeberxetti.com xəbər verir ki, ikinci cəhddə iştirak üçün bakalavrların ərizə qəbulu mayın 25-i saat 23:59-dək internet vasitəsi ilə aparılır. Bu ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər. İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://Xeberxetti.com/redirect.php?url=http://eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavrlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. Digər bakalavrlar qeyd olunan müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (Bakı şəh., Nəsimi ray., Akademik H.Əliyev küç., 299) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Magistraturaya qəbul imtahanının ikinci cəhdi iyunun 11‑də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün) yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır. Qəbul imtahanındakı, bəzi ixtisaslaşmalar üçün həmçinin qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir). İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar. Xeberxetti.com

    Teqlər:

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023

    Türkiyədə Nazirlər Kabinetinin son tərkibdə olan görüşü başa çatdı – Yenilənib

    01 İyun 2023

    Xəbər Xətti – Kürdə batan yeniyetmənin meyiti tapıldı

    01 İyun 2023

    Kiyevdə magistral yola raket düşüb

    01 İyun 2023

    Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

    01 İyun 2023

    Gəncədə zəncirvari qəza olub

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Xəbər Xətti – Daxili İşlər Nazirliyi məlumat yaydı

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Göyçayda qasırğa səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023

    İlham Əliyev Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

    31 May 2023

    Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

    31 May 2023

    İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb – FOTO

    31 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.