İrəvan və Budapeşt arasında əlaqələrin dayandırılmasından 11 il sonra Macarıstan səfiri etimadnaməsini Ermənistan prezidentinə təqdim edib.“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın Prezident Aparatı məlumat yayıb.Xatırladaq ki, 2012-ci ildə Budapeştdə erməni zabiti Qurgen Markaryanın qətlində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovu Bakıya ekstradisiya etdikdən sonra Ermənistan Macarıstanla əlaqələri dayandırmışdı.
Mənbə
Xeberxetti.com