Prezidentliyə namizəd Məhərrəm İncənin istefasından sonra Məmləkət Partiyası Sinop vilayət Təşkilatı kollektiv şəkildə istefa verib.Partiya kollektivi bu gün prezident seçkilkərinə səsvermələr bitdikdən sonra İncənin partiyasından ayrıldıqlarını açıqlayıblar. Məmləkət Partiyasının 1-ci millət vəkili namizədi Həsən Çorum, daha sonra isə partiyanın vilayət sədri Serdar Başağaoğlu istefa verdiyini açıqlayıb. Daha sonra əyalət təşkilatından kollektiv istefa bəyanatı verilib.Məmləkət Partiyası Sinop Millət vəkili namizədi Həsən Çorum Məhərrəm İncənin seçkilərini, təşkilatlarını və millət vəkili namizədlərini yarı yolda qoyduğunu söyləyərək istefa verdiyini açıqlayıb.
Mənbə
Xeberxetti.com