İranda polis komandanlığının binası partladılıb.
Xeberxetti.com xəbər verir ki, bu barədə sosial şəbəkələrin İran seqmentində məlumat yayılıb. “Azad İran” “Telegram” kanalı yazır ki, hadisə Tonekabon şəhərində baş verib. Məlumata görə, şəhər polis komandanlığının binası inqilabçılar tərəfindən partladılıb. Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər. Vətəndaşlar son günlərdə yenidən aktivləşərək küçələrə çıxıb etiraz edir, inqilabçı gənclər Xameneyiyə aid baner və fotolarla yanaşı, ayrı-ayrı dövlət qurumlarına od vururlar. Xeberxetti.com Teqlər:
İran
Bənzər yazılar
Add A Comment