Xəbər Xətti

    Ən qədim insanın ayaq izləri tapıldı

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Paltar alarkən nələrə diqqət etməliyik?

    01 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Ən qədim insanın ayaq izləri tapıldı

      01 İyun 2023

      Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

      01 İyun 2023

      Paltar alarkən nələrə diqqət etməliyik?

      01 İyun 2023

      Türkiyədə yanacaqla dolu tankerdə yanğın

      01 İyun 2023

      Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

      01 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Ermənilər İranı özlərinin xilaskarı sayırlar
    Fakt

    Ermənilər İranı özlərinin xilaskarı sayırlar

    15 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Ermənistanın təhlükəsizliyinin təminatı mövzusunda keçirilən birinci sorğuda respondentlərin 54%-i məhz İranı hamıdan önə qoyublar. Bu baxımdan, hətta daim Ermənistana bacılıq hissi sərgiləyən Fransa 52%-lə ikinci yerlə kifayətlənməli olub. Tarixən Ermənistana havadarlıq edən və onu yedəyində gəzdirən, yeyib-içizdirən Rusiya isə rəyi soruşulanların yalnız 50%-nin rəğbətini qazanaraq, fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. Bu məsələdə ABŞ və Avropa İttiaqına (Aİ) inananların sayı müvafiq qaydada 37 və 22 faiz təşkil edib.
    Ermənistanın əsas siyasi tərəfdaşları haqqında rəylərdə də ciddi dətişikliklər baş verib. Bu göstərici üzrə ötən il 50%-lə ikinci yeri tutan Fransa 25% irəliləyərək liderliyi ələ alıb. Keçən il 57%-lə birinci olmuş Rusiya isə 7% itirərək 4-cü yerə enib. İndi respondentlərin 52%-nin etimadını qazanmış ABŞ bu göstərici üzrə 3-cü yerini qoruyub-saxlaya bilib. Halbuki, ötən il bu yöndə ona inam 38% təşkil edirdi. Sonrakı yerləri Aİ (36%), Çin (33%) və Gürcüstan (22%) tutublar.
    Maraqlıdır ki, Ermənistanın əsas siyasi tərəfdaşları parametri üzrə ötən illə müqayisadə fantastik sıçrayış məhz İrana yanaşmada baş verib. Belə ki, əgər ötən il Ermənistan əhalisinin yalnız 23%-i İrana belə münasibət sərgiləyirdisə, indiki sorğuda İran respondentlərin nə az, nə çox düz 67%-nin rəğbətini qazanaraq, ikinci yerə yüksəlib. Bir sözlə, erməni cəmiyyətində 44% artım nümayiş etdirib.
    Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, rəyi soruşulanların nəzərində iqtisadi baxımdan Ermənistana təhdid saydıqları Türkiyə və Azərbaycandan sonra 3-cü yerdə Rusiya dayanır. Bu müstəvidə vəziyyət Rusiyanın ziyanına olaraq 17%-dən 28%-ə artıb. Halbuki, xaricdən Ermənistana daxil olan pulların və resursların əhəmiyyətli hissəsi məhz Rusiyadan gəlir.
    Ermənistanın digər ölkələrlə münasibətini işıqlandıran ikinci sorğunun nəticələrinə əsasən, bu müstəvidə 96%-lə birincilik böyük bacıya—Fransaya məxsusdur. İkinci fəxri sırada 91% etimad qazanan İran qərarlaşıb. 3-4-cü yerləri ABŞ (88%) və Aİ (86%) tutublar. Ermənistana daim himayədarlıq edən, indiyədək də ona ən ucuz məzənnəyə qaz satan, milyardlarla silah-sursat bağışlayan Rusiya ilə münasibətləri müsbət qiymətləndirən respondentlərin sayı isə cəmi 50% olub.
    Sözüsüz ki, Ermənistan cəmiyyətində ruslara münasibətin əhəmiyyətli dərəcədə neqativ məcraya dəyişməsi ənənəvi erməni “minnətdarlığı”nın ən bariz nümunəsi kimi Rusiyadakı ermənilərdən daha çox erməni olmağa can atan Zatulin, Aleksandrov və Mixeyev kimi “ekspert”lərə ciddi dərs olmalıdır. Amma daha maraqlı məqam budur ki, ABŞ və Fransa İranı ifrat düşmən saydıqları, onun inkişafını hər vəchlə əngəllədikləri halda, ermənilər Tehrandakı teokratik rejimə böyük hüsn-rəğbət sərgiləyir və onu Ermənistanın xilaskarı kimi qiymətləndirirlər.
    Əslində bu elə də təəccüblü deyil. Çünki Ermənistanın ilk prezidenti qərbpərəst Levon Ter-Petrosyan da 90-cı illərin birinci yarısında məhz İranın Ermənistanı süqutdan xilas etdiyini vaxtilə açıq şəkildə bildirmişdi. Həmin vaxt Azərbaycana qarşı təcavüzkar müharibə aparan Ermənistanı İrandakı teokratik rejimin xilas etməsi Qərbdə heç bir narazılıq və sorğu-sual doğurmamışdı. Sahil İsgəndərov, politoloq Xeberxetti.com Teqlər:

    İran
     

    Ermənsitan
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023

    Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

    01 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023

    Türkiyədə Nazirlər Kabinetinin son tərkibdə olan görüşü başa çatdı – Yenilənib

    01 İyun 2023

    Xəbər Xətti – Kürdə batan yeniyetmənin meyiti tapıldı

    01 İyun 2023

    Kiyevdə magistral yola raket düşüb

    01 İyun 2023

    Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

    01 İyun 2023

    Gəncədə zəncirvari qəza olub

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Xəbər Xətti – Daxili İşlər Nazirliyi məlumat yaydı

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Göyçayda qasırğa səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023

    İlham Əliyev Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

    31 May 2023

    Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

    31 May 2023

    İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb – FOTO

    31 May 2023

    İlham Əliyev Maya Sandunu Azərbaycana dəvət edib

    31 May 2023

    İlham Əliyev Qarabağdakı separatçılara son şans verdi – VİDEO

    31 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.