Xəbər Xətti

    Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

    01 İyun 2023

    Tovuzda iki qardaş bıçaqlanıb

    01 İyun 2023

    Bakıda mənzildən meyit tapılıb

    01 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

      01 İyun 2023

      Tovuzda iki qardaş bıçaqlanıb

      01 İyun 2023

      Bakıda mənzildən meyit tapılıb

      01 İyun 2023

      ABŞ Ukraynaya yeni silahlar verəcək

      01 İyun 2023

      Ən qədim insanın ayaq izləri tapıldı

      01 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Təhlil-analitika»Brüssel görüşü: Fransa Bakı-İrəvan danışıqlarının orbitindən çıxarıldı – ŞƏRH
    Təhlil-analitika

    Brüssel görüşü: Fransa Bakı-İrəvan danışıqlarının orbitindən çıxarıldı – ŞƏRH

    15 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində keçirilən görüş arzu edilən və gözlənilən sülh müqaviləsinin imzalanması ilə nəticələnməyib. Ancaq bunu məqsədə doğru atılan daha bir addım saymaq olar. Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edib.
    Azərbaycan Xarici İşlər Nazirliyi Brüssel danışıqlarını iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edir.
    Nazirliyin şərhində qeyd olunub ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtında keçirilən növbəti görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul edib.
    Aİ Şurasının Prezidenti Şarl Mişel söyləyib ki, görüşdə sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edilib: “Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29 800 kvadratkilometr və Azərbaycanın 86 600 kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər”.

    Ərazi bütövlüklərinin qəbul edilməsi sərhədlərin müəyyənləşməsi və davamlı sülhün bağlanması üçün vacib şərtlərdəndir. Bununla bağlı hər hansı razılıq Ermənistanın Azərbaycana qarşı əsassız və qanunsuz ərazi iddialarından əl çəkəcəyinə ümid yaradır. Ş.Mişel çıxışında Azərbaycanın Qarabağ iqtisadi rayonunun “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırması respublikanın ərazi bütövlüyü və unitarlığının bir daha tanınmasının vacib göstəricilərindəndir.
    Yeri gəlmişkən görüş liderlər arasında bu formatda keçirilən beşinci görüş idi. Odur ki, ikitərəfli danışıqların tərəflər və regiona daha faydalı olacağı ehtimalı çoxdur. Ermənistan bu formatda görüşün keçirilməsinin əleyhinə çıxış etsə də, sonda N.Paşinyan yenə də bu formatda iştiraka öz razılığını verib. Danışıqlarda Fransa daha çox aparıcı rola malik olmağa cəhdlər göstərirdi. Belə ki, Fransa və Ermənistan məqsədyönlü şəkildə dördtərəfli formatda görüşün keçirilməsini istəyir və bu istiqamətdə çalışırdılar. Ancaq Azərbaycan tərəfi buna razı olmadı. Nəticə etibarilə də Azərbaycanın iradəsi və qəti mövqeyi sayəsində Brüssel formatında görüş keçirilib. Görüşün Fransasız reallaşması rəsmi Bakının istəyinin təmin olunmasıdır. Ş.Mişel isə vasitəçi deyil, dəstəkləyici rolda və funksiyada çıxış edir. Bu görüşdə humanitar məsələlər də müzakirə edilib. Azərbaycanın üzləşdiyi mina problemi və itkin düşmüş şəxslərin məsələsi də diqqət mərkəzində olub.

    Aİ Şurasının rəhbəri vurğulayıb ki, qarşılıqlı anlaşmanı qorumaq və sülh prosesində irəliləyiş əldə etmək üçün azaraq qarşı tərəfə keçən hərbi qulluqçular tezliklə azadlığa buraxılmalıdır.
    Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
    Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Hazırda azərbaycanlı hərbçilər Ermənistanda əsir saxlanılır.
    Yeri gəlmişkən, Azərbaycan tərəfi dəfələrlə qanunsuz olaraq ərazimizə keçən erməni əsgər və mülki şəxsləri Ermənistana qaytarıb.
    Bakı və İrəvan arasında reallaşmasını gözləyən vacib məsələlərdən biri də kommunikasiyaların açılmasıdır.
    Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda bu məsələ ilə bağlı öhdəliklər müəyyənləşdirilib. Amma rəsmi İrəvan üzərinə düşən öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirmir.
    Ş.Mişel görüşdə kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpasına yönəlmiş aydın addımların müəyyən edildiyini bildirib: “Rabitə məsələsinə gəlincə, tərəflər regionda nəqliyyat blokadasının açılmasına və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Hazırda tərəflərin mövqeləri, xüsusən də Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı bir-birinə çox yaxındır”.

    Ş.Mişel Kişineuda 2-ci “Avropa siyasi birliyi” zirvə toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşəcəklərini vurğulayıb. Bu görüş sırf qeyri-formal xarakter daşıyacaq. Çünki bu forum çərçivəsində müxtəlif tədbirlər keçirilir, görüşlər olur.
    Almaniyanın iştirakı ilə danışıqların aparılması və Cənubi Qafqazda baş verənlərin müzakirə olunması Azərbaycan üçün normal bir xarakter daşıyır. Rəsmi Berlin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını daim bəyan edib. Almaniya da Fransanın Bakı-İrəvan münasibətlərinin normallaşmasına müdaxiləsinin prosesi mənfi istiqamətə apara biləcəyini anlayır.
    Brüsseldəki üçtərəfli görüş Ermənistan rəhbərliyi və havadarları üçün regionda real vəziyyətə nəzər salmaq baxımından bir fürsət sayıla bilər. Bu, Ermənistan daxilində və xaricindəki revanşist qüvvələrə, bu yöndə fəaliyyət göstərənlərə də bir dərsdir. Odur ki, rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması sahəsində problemlər, istiqamətlər aydındır. Bu siyasi səhnəyə Fransa və başqaları kimi istənilən yersiz xarici müdaxilə regionda vəziyyəti gərginləşdirir, təhlükəsizliyi və sülhü təhdid edir.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    İsrail və Azərbaycan: “Mehriban münasibətlər və gələcək perspektivlər”

    29 May 2023

    Heydər Əliyevin islahatları – iqtisadi liderliyə aparan yol

    27 May 2023

    Paşinyan Moskva görüşünün uğursuzluğunun acısını təxribata əl atmaqla çıxmaq istəyir

    26 May 2023

    İmzalanmayan razılaşmalar – dəyişməyən İrəvan, baş sığallayan beynəlxalq ictimaiyyət – ŞƏRH

    26 May 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Tovuzda iki qardaş bıçaqlanıb

    01 İyun 2023

    Bakıda mənzildən meyit tapılıb

    01 İyun 2023

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023

    Türkiyədə Nazirlər Kabinetinin son tərkibdə olan görüşü başa çatdı – Yenilənib

    01 İyun 2023

    Xəbər Xətti – Kürdə batan yeniyetmənin meyiti tapıldı

    01 İyun 2023

    Kiyevdə magistral yola raket düşüb

    01 İyun 2023

    Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

    01 İyun 2023

    Gəncədə zəncirvari qəza olub

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Xəbər Xətti – Daxili İşlər Nazirliyi məlumat yaydı

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Göyçayda qasırğa səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023

    İlham Əliyev Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

    31 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.