Mayın 14-də Türkiyədə keçirilən parlament seçkilərində Milliyətçi Hərəkat Partiyasının (MHP) təsisçisi Alparslan Türkeşin övladları da iştirak edib.Türkeşin qızı Ayyüce Türkeş Taş Adanada İYİ Partiyasından, oğlu Yıldırım Tuğrul Türkeş isə AKP-nin Ankara 1-ci Bölgəsindən namizəd olublar. Seçkinin nəticələrinə əsasən, Yıldırım Tuğrul Türkeş Ankaradan, Ayyüce Türkeş isə Adanadan Türkiyə parlamentinə üzv seçilib.
Mənbə
Xeberxetti.com