Türkiyədə orta məktəbdə qurulan seçki qutularının bir neçəsində seçiciləri yönləndirmə halı müəyyən edilib.
“Xəbər Xətti” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Siirt bölgəsində qeydə alınıb.
Bildirilib ki, “bəli” möhürü hazır olan seçki bülleteni nümunələri təsbit edilən kimi 5 nəfər şübhəli nəzarətə götürülüb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
Xeberxetti.com