Xəbər Xətti

    Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

    01 İyun 2023

    Tovuzda iki qardaş bıçaqlanıb

    01 İyun 2023

    Bakıda mənzildən meyit tapılıb

    01 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

      01 İyun 2023

      Tovuzda iki qardaş bıçaqlanıb

      01 İyun 2023

      Bakıda mənzildən meyit tapılıb

      01 İyun 2023

      ABŞ Ukraynaya yeni silahlar verəcək

      01 İyun 2023

      Ən qədim insanın ayaq izləri tapıldı

      01 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Sosial»Toysuz qalan şadlıq sarayları: Bu sektoru nə gözləyir? – ARAŞDIRMA
    Sosial

    Toysuz qalan şadlıq sarayları: Bu sektoru nə gözləyir? – ARAŞDIRMA

    14 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp
    VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

    “Toyların sayı xeyli azalıb. Əvvəllər orucluqdan sonra hər gün toy yazırdıq, indi heç o da olmadı. Ramazandan sonra aprelin 28-30-u normal toy oldu. Qalanları 50-70 nəfərlik idi. Qonaq sayı da azalıb. 80-100 nəfərlik toy edənlər artıb. Qonaq sayı az olan toylar da şadlıq sarayı üçün elə də gəlirli deyil. 500 nəfərlik toylar indi maksimum 250 nəfərlə keçirilir. Heç vaxt Azərbaycanda olmayan haldır”. Bu sözləri bizimlə söhbətində “Xudafərin” şadlıq sarayının administratoru Səyavuş Əsgərov söylədi.

    “Neolit”in administratoru Rafət Şahmarov da əvvəlki kimi sifariş götürmədiklərini deyir: “Əvvəllər mart-aprel aylarında hər ay 15-18 toy tuturduqsa, bu il 4-5 toy oldu. 600-700 nəfərlik toylar yoxdur. 200-250, maksimum 400 nəfərlə edirlər. Ayda 500-600 nəfərlik maksimum bir toy olur”.

    Başqa bir neçə administratorla da söhbətləşdik. Deyirlər ki, indi çox ailə qız-oğlan toyunu bir edir. Bu da ümumi toy sayına təsir göstərir. Qiymətlərlə bağlı da insanların narazılıqları var. Bəziləri mümkün qədər imici qorumaq şərtilə uyğun qiymət təqdim etməyə çalışdıqlarını bildirdilər, “qazanc yoxdur” dedilər.

    Birinin isə qeydi belə oldu: “Əvvəllər 5 müraciətdən 3-4-ü ilə razılaşırdıqsa, indi 5-indən biri ilə razılaşanda papağımızı göyə atırıq”.

    Nə etmək haqqında düşünürlər? Sualımıza cavabları təxminən eynidir: “Yayı gözləyirik”.

    Əslində, durum məlumdur. Mərasim evinə çevrilən, yerində market açılan və s. şadlıq sarayları var. Bəs bu sektoru nə gözləyir?

    “Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

    İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, toyların azalmasının bir neçə səbəbi var: “Ərzaq qiymətləri bahalaşır, şadlıq sarayları da müvafiq olaraq menyu qiymətlərini artıra-artıra gedirlər. Əhali də bunu qarşılaya bilmir. Ona görə oğlan-qız toyunu birləşdirirlər, yaxud daha az qonaqla ayrı-ayrı edirlər. Üstəlik, 300-500 nəfəri toyuna çağıran adam sonra onların toyuna getməli idi. İnflyasiya fonunda artıq adamlar görürlər ki, sonra o xərcləri qarşılamaq ciddi problemdir. Bunu görənlər az adam çağırır ki, özü də az toya getsin. Toy davranışında bu cür dəyişiklik varsa, cəmiyyət olaraq sevinməliyik. “Qonşudan geri qalma” prinsipi ilə ənənələr formalaşmışdı. Lazımsız ciddi istehlak israfı müşahidə olunurdu“.
    X.Kərimli deyir ki, məlum sahəyə investisiya yatıran biznes adamları əslində, bunun olacağını görməli idilər: “Eyni ərazidə nə qədər şadlıq sarayı tikilib. O vaxt toylar çox idi, işləri də yaxşı gedirdi. Biznes qurularkən tələb-təklifin dəyişə biləcəyi proqnozlaşdırılmalıdır. Ən böyük günahları odur ki, sektorun potensialını, gücünü, perspektivini düzgün hesablaya bilməyiblər. Təbii ki, bazara gələnlər bu riskləri – bu günü də görməli idilər”.

    İqtisadçı bu gün rəqabət yarandığını, qaliblərin bazarda qalacağını deyir: “Şadlıq sarayı çox, əhalinin alıcılıq qabiliyyəti isə aşağıdır. Artıq bu sahədə rəqabətlilik dövrü yaranıb. Müştərilər üçün üstünlükdür. Özlərinə uyğun və yaxşı olanı seçirlər. Rəqabətdə kim udacaqsa, sektorda qalacaq”.

    Şadlıq sarayları həm də bir çoxları üçün iş yeri idi. X.Kərimli bildirdi ki, toy azdırsa, onsuz da orada çalışanların gəliri normal olmur: “Hansısa aktiv olmayan biznesin bağlanması iqtisadiyyat üçün yaxşıdır. Səmərəsiz məşğulluq iqtisadiyyata fayda gətirmir. Həmin insanlar özlərinə yeni iş tapacaqlar. İqtisadiyyat daha səmərəli şəkildə fəaliyyətini davam etdirəcək”.

    İnvestorlara gəlincə isə, X.Kərimli onların fərqli sahələrə yönəlib yenə də biznes fəaliyyətlərini davam etdirə biləcəklərini qeyd edir: “Adamlar səhv hesablayıb investisiya qoyublar. İndi bazardakı durumdan dolayı səhvlərini bu və ya digər dərəcədə düzəltməyə çalışırlar. Onlar böyük investorlardır. Maliyyələri var. Perspektiv olmadığını görsələr, fərqli biznesə keçəcəklər. Bu da normal haldır”.

    Marketoloq Seymur Quliyev bildirdi ki, düzgün marketinq strategiyası olan, uyğun qiymətlər təklif edənlər bazarda qala biləcəklər: “Ola bilər ki, əvvəlki qədər toy yoxdur, yaxud daha az qonaqla toylar edirlər. Bəs toy edənlər hansı şadlıq saraylarını seçirlər? Qiyməti daha münasib olanları. Bazarda qalmaq istəyənlər ilk olaraq keyfiyyəti salmadan, mümkün olduğu qədər qiymətləri aşağı edə bilərlər. Bu, insanları birinci cəlb edən məsələdir.

    Eyni zamanda, düzgün marketinq strategiyası qurmalıdırlar. Oturub gözləmək yox, maraqlı, fərqli təkliflərlə çıxış etmək zamanıdır. Məsələn, qonaq sayı nə qədərdən çox olsa, ev sahibinə hədiyyə verə bilərlər – bal ayı, üzük… Həmin restoranda toyundan bir il keçən cütlükləri hansısa kampaniyaya dəvət edə bilərlər. Bütün hallarda qiymət məsələsini insanların cibinə uyğunlaşdırmalıdırlar”.

    “Xəbər Xətti”

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Qasırğa Ağdamda ciddi fəsadlar törədib – FOTO

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Tovuzda iki qardaş bıçaqlanıb

    01 İyun 2023

    Bakıda mənzildən meyit tapılıb

    01 İyun 2023

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023

    Türkiyədə Nazirlər Kabinetinin son tərkibdə olan görüşü başa çatdı – Yenilənib

    01 İyun 2023

    Xəbər Xətti – Kürdə batan yeniyetmənin meyiti tapıldı

    01 İyun 2023

    Kiyevdə magistral yola raket düşüb

    01 İyun 2023

    Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

    01 İyun 2023

    Gəncədə zəncirvari qəza olub

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Xəbər Xətti – Daxili İşlər Nazirliyi məlumat yaydı

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Göyçayda qasırğa səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023

    İlham Əliyev Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

    31 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.