Xəbər Xətti

    Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

    28 May 2023

    Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

    28 May 2023

    Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

    28 May 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

      28 May 2023

      Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

      28 May 2023

      Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

      28 May 2023

      Xəbər Xətti – Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı

      28 May 2023

      Azərbaycan nefti bahalaşdı

      28 May 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»Şuşada daha bir möhtəşəm tədbir
    Ordan-Burdan

    Şuşada daha bir möhtəşəm tədbir

    14 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.  “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev deyib ki, bu torpaqlar bizim üçün sənətin, musiqinin beşiyidir. Şuşa Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli və neçə-neçə söz, sənət xiridarının vətənidir: “Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunduğuna görə Zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq. Şuşa şəhəri 2023-cü il üçün TÜRKSOY Daimi Şurasının qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nazirlər Kabinetinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planı hazırlanıb”.Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk dünyası III film festivalının da açılışının Şuşada olacağını bildirib. O, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasiminin isə noyabr ayına planlandığını deyib:“Bağlanış tədbirində 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Türkmənistanın Anev şəhərinə veriləcək”.Baş katib əlavə edib ki, Şuşada keçirilməsi nəzərdə tutulan proqram “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi üzrə indiyədək keçirilmiş tədbirlərdən daha yaddaqalan olacaq: “Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir. Fikrimcə, Şuşa Azərbaycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, barbarlıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm Türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Hamiləlikdə bu vitaminin azlığı uşaqda şizofreniyaya səbəb olur

    28 May 2023

    Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı

    28 May 2023

    Azərbaycan nefti bahalaşdı

    28 May 2023

    Ötən gün yol qəzalarında 4 nəfər ölüb

    28 May 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – SEPAH-ın qərargahı partladıldı

    28 May 2023

    Xəbər Xətti – Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı

    28 May 2023

    “İstəSən” tarifində yenilik

    28 May 2023

    Azərbaycan Prezidenti Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib

    28 May 2023

    Xəbər Xətti – ABŞ-nin defolt tarixi dəyişdi

    28 May 2023

    Ölkə başçısı Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub

    28 May 2023

    Prezident İlham Əliyev Müstəqillik Günü ilə bağlı paylaşım edib

    28 May 2023

    Emmanuel Makron və İlham Əliyev Moldovada görüşəcəklər

    28 May 2023

    Azərbaycan Prezidenti Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub

    28 May 2023

    Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

    28 May 2023

    Azərbaycanda Müstəqillik Günüdür

    28 May 2023

    Xəbər Xətti – Zaqatalada barama istehsalında vəziyyət necədir?

    27 May 2023

    Prezident Toğanalı-Kəlbəcər-İstisu yolundakı tunellər, Kəlbəcər-Laçın avtomobil yolundakı işlərlə tanış olub

    27 May 2023

    Fransa prezidenti İlham Əliyevi təbrik edib

    27 May 2023

    İstanbulda Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib – FOTO

    27 May 2023

    Gürcüstanda dəmiryolu qəzası: Bir azərbaycanlı ölüb, 3 nəfər xəsarət alıb

    27 May 2023

    Prezident Laçının Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub

    27 May 2023

    Dövlət başçısı “Laçın” şəhər yarımstansiyasının açılışını edib

    27 May 2023

    Milorad Dodik Prezident İlham Əliyevi təbrik edib

    27 May 2023

    Sağlamlığı təhlükə altına atan moda

    27 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.