Xəbər Xətti

    Tovuzda iki qardaş bıçaqlanıb

    01 İyun 2023

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Ən qədim insanın ayaq izləri tapıldı

    01 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Tovuzda iki qardaş bıçaqlanıb

      01 İyun 2023

      ABŞ Ukraynaya yeni silahlar verəcək

      01 İyun 2023

      Ən qədim insanın ayaq izləri tapıldı

      01 İyun 2023

      Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

      01 İyun 2023

      Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

      01 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Paşinyanın hərbi təxribatları sülhü əngəlləmək üçündür? – ŞƏRH
    Fakt

    Paşinyanın hərbi təxribatları sülhü əngəlləmək üçündür? – ŞƏRH

    14 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Ermənistan sülhyaratma prosesinə açıq şəkildə mane omağa çalışır. Təsadüfi deyil ki, Brüsseldə üçtərəfli və ondan sonra Kişinyovda planlaşıdırlan görüşlər öncəsi sərhəddə təxribatlar törədilir. İrəvan hərbi toqquşmalara əl ataraq sülh danışıqlarına xələl gətirməyə çalışır.
    Məsələni Xeberxetti.com –a şərh edən politoloq Qabil Hüseynli deyib ki, əslində Paşinyanın son addımları, təxribatlar heç də göründüyü kimi sadə deyil. Bu işdə İrəvanla yanaşı Moskvanın da əli var. – Paşinyan maraqlı açıqlama verdi. O, Basarkeçər rayonunun Zod kəndi istiqamətində baş verən silahlı toqquşmaya münasibət bildirərkən dedi ki, Brüsseldə Azərbaycan Prezidentinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır və bu səfərini ləğv etmək niyyətində deyil. Bununla yanaşı, o, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edir. Paşinyanın fikrincə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin xarakter daşıyır. Daha doğrusu, “Sazişi imzalamaq hələ tezdir” dedi. Yəni o, sülhə can atmadığını göstərir. Amma problem tək budurmu? Xeyr. Rusiya amilini qətiyyən unutmaq olmaz. Ermənistanın baş naziri onsuz da son zamanlar Rusiyaya meyllənməyə başlamışdı. Əslində Azərbaycan Ordusunun mövqelərinə olan son hücum, hərbi təxribatlar təsadüfdən yaranmadı. Nikol Paşinyan mayın 9-da Moskvada oldu və o, burada görüşlər keçirib ölkəyə qayıdandan sonra təxribatlar baş verdi. Bütün bunlar onu göstərir ki, Paşinyan tamamilə Rusiyanın təsiri altına düşüb. Bu da azmış kimi, o, Moskvadan dönən kimi Brüsseldə sülh razılaşmasının mümkün olmayacağını söylədi. Hələ tezdir deyir. Onun bu ritorikası hazırda Kremldəkilərin danışıq tərzinə çox bənzəyir. Qısası, Paşinyanın Rusiya təsirində olması hətta onun nitqindən, işlətdiyi ifadələrdən də aydın görünür, – politoloq qeyd edib. Qabil Hüseynlinin sözlərinə görə, erməni təxribatları, verilən açıqlamalar onu göstərir ki, Moskvanın niyyəti Vaşinqton, Brüssel prosesini pozmaq xarakteri daşıyır. Kreml Cənubi Qafqazda bütün ipləri öz əlində saxlamaq, sülhyaratma prosesinə məhz özü nəzarət etmək fikrindədir. – Acınacaqlı hal isə ondan ibarətdir ki, Ermənistan rəhbərliyi Rusiyanın dediklərini təkrarlamağa başlayıb. Dünənə qədər Qərbə meyllənən İrəvan rəhbəri indi Moskvanın itaətkar bir ifaçısına çevrilib. Əlbəttə bu amil sülhyaratma prosesinə ciddi əngəllər törədəcək. Paşinyanın anormal diplomatik, siyasi gedişləri hətta bölgədə vəziyyəti xeyli gərginləşdirəcək. Son təxribatlarda Rusiya amilinin böyük rol oynadığını düşünürəm. Amma İrəvan da sülhdə maraqlı görünmür. Məsələn, 10 gün əvvəl Paşinyan başqa havanı çalırdı. Özünü sülh uğrunda fədakar mübariz kimi təqdim edirdi. Hətta erməni xalqını dolayısı ilə tənqid də etmişdi ki, başqasının torpaqlarını özününküləşdirmək, göz dikmək olmaz. Baş nazirlə yanaşı, komandası da cəmiyyətə müxtəlif xəyallardan, uydurma tarixdən əl çəkin kimi qalmaqallı çağırışlar edirdi. İndi isə birdən-birə sülh prosesində əyləci basırmış kimi görünür. Nə baş verdi? Nələr dəyişdi axı? Sanki hər şeyi zamanın ixtiyarına buraxmaq istəyir, – ekspert vurğulayıb. Politoloq onu da xatırladıb ki, əslində Ermənistanın hazırkı rəhbəri əvvəllər də sülhyaratma prosesini sabotaj edən əsas sima olub. Paşinyan hər zaman dəridən qabıqdan çıxaraq vaxt uzadıb, prosesləri, təmasları növbəti illərə daşıyırdı. İndi görünən odur ki, yəqin ona hansısa ciddi ümidlər veriblər. – Ümidlərin isə əsasən Kremldən gəldiyini deyə bilərəm. Fransanı da unutmaq olmaz. İndiki gərgin proseslərdə, təxribatlarda Paris də arxa planda qalmır. Bu ölkədən İrəvanı nələrdəsə ümidləndirirlər. Çünki Azərbaycan məlum prosesdə Fransanın iştirakına qəti şəkildə etiraz edir və istəyini gizlətmir də. Rəsmi Bakı Kişinyovda keçiriləcək danışıqlar prosesində Parisin də iştirakını arzuolunmaz hesab edir. Proseslər bu qədər qəlizdir. Bu səbəbdən də hazırda iki ölkə həm sülhyaratma prosesini pozmağa, həmdə Ermənistanın silahla təchizatı prosesini, gələcəkdə yeni qarşıdurmalara hazırlığını sürətləndiriblər. Hətta belə məlumatlar da yayılmağa başlayıb ki, Fransadan Ermənistana müasir, yeni öldürücü silahlar daxil olur. Eyni zamanda Rusiya da yenidən İrəvanı silahlandırmağa başlayıb. Halbuki, İkinci Qarabağ müharibəsindən sonra erməni siyasətçilər açıq şəkildə etiraf edirdilər ki, Azərbaycana görə daha heç kim onlara silah vermək istəmir. Bir sözlə, bütün bu hadisələr regionda sülhə deyil, gərginliyin artırılmasına yönəlmiş addımlar sayılır. Təəssüf ki, bu prosesə Avropa ölkələrindən də müdaxilə var. Zatən biz Rusiyanın hər zaman sülh proseslərinə müdaxilə etdiyini görür, bilirdik. Fransanın müdaxiləsi isə ortamı daha da gərginləşdirir. O ki qaldı Brüssel və Kişinyov görüşləri haqqında proqnozlara, son günlərdə cərəyan edən hadisələr, rəsmi səviyyədə danışılan, deyilənləri, verilən açıqlamaları analiz edəndə ortaya belə bir mənzərə çıxır ki, görüşlərdən ciddi irəliləyiş gözlənilmir. Amma mən ümidimi itirmirəm. Ortada ABŞ amili də var. ABŞ həm Vaşinqton, həm də Brüssel görüşlərində danışıqlar prosesinə öz ağırlığını qoya bilər. Hətta istəsə İrəvana təzyiqini də artırar. Yalnız bu halda hansısa nəticələrin olacağını demək olar. Tural Tağıyev Xeberxetti.com Teqlər:

    Sülh
     

    Paşinyan
     

    Təxribat
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Tovuzda iki qardaş bıçaqlanıb

    01 İyun 2023

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Tovuzda iki qardaş bıçaqlanıb

    01 İyun 2023

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023

    Türkiyədə Nazirlər Kabinetinin son tərkibdə olan görüşü başa çatdı – Yenilənib

    01 İyun 2023

    Xəbər Xətti – Kürdə batan yeniyetmənin meyiti tapıldı

    01 İyun 2023

    Kiyevdə magistral yola raket düşüb

    01 İyun 2023

    Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

    01 İyun 2023

    Gəncədə zəncirvari qəza olub

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Xəbər Xətti – Daxili İşlər Nazirliyi məlumat yaydı

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Göyçayda qasırğa səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023

    İlham Əliyev Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

    31 May 2023

    Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

    31 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.