Naxçıvanda sərnişin sürücüyə hədə-qorxu gələrək pulunu alıb.Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, mayın 10-da saat 13 radələrində Naxçıvan şəhərində şəhər sakini A.Əsgərov idarə etdiyi “VAZ-21015” markalı avtomobildəki sərnişinin ona hədə-qorxu gələrək pulunu alması ilə bağlı polis orqanına müraciət edib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Babək rayon sakini T.Allahverdiyev müəyyən olunaraq saxlanılıb.Naxçıvan şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Mənbə
Xeberxetti.com