Türkiyənin milli müdafiə naziri Hulusi Akar prezident və parlament seçkilərində səs verib.
O, Kayseridə səsvermə hüququndan istifadə edib. Akar jurnalistlərə açıqlamasında seçkilərin demokratik mühitdə başa çatacağına inamını ifadə edib: “Biz hər birimiz düşüncələrimizi bölüşüb, plan və layihələrimizi açıqlamışıq, vətəndaşlarımızla görüşmüşük. Vətəndaşlarımız bizi dinləyib. Bu gün onlar qərar verəcəklər”. Xeberxetti.com
Teqlər: