“Təhlükəsizlik Baş İdarəsi bunların hamısının saxta olduğunu, mən olmadığımı açıqladı”.
Bunu Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce Ankarada ölkədə keçirilən prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O, haqqında yayılan qeyri-etik videolardan danışıb. “Buna rəğmən siz jurnalistlər hansısa videodan bəhs edirsiniz. O videolar gerçək deyil. Ortada terror təşkilatı var. FETÖ var. Bunu görmürsünüz? Xahiş edirəm xəbərinizi düzgün yazın. Görüntülər İsrail porno saytından götürülməyibmi? Xahiş edirəm bunu düzəldin. Mənim ləyaqətimlə oynamayın. 17 nəfər həbsdədir. Bunun arxasında terror təşkilatı dayanır. Mən özümü, namusumu Türkiyə dövlətinə əmanət etmişəm. Amma onları yaradan, yığan FETÖ-dür. Bunu yayanların hər birini məhkəməyə verəcəyəm”. Xeberxetti.com
Teqlər: