Ermənistan və Azərbaycan liderləri Alma-Ata bəyannaməsinə birmənalı olaraq sadiq olduqlarını bildiriblər. Bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldə aparılan danışıqların yekunu haqqında bildirib.”Liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə və müvafiq olaraq Ermənistanın 29,8 min kvadrat kilometr və Azərbaycanın 86,6 min kvadrat kilometr ərazi bütövlüyünə birmənalı sədaqət ifadə ediblər. Yekun demarkasiya danışıqlar zamanı razılaşdırılacaq”, – deyə o bildirib.
Mənbə
Xeberxetti.com