Türkiyənin Mardin şəhərində yaşayan 2 metr 51 santimetr boyu ilə “dünyanın ən uzun adamı” adına sahib olan Sultan Kösen də prezident və parlament seçkilərində səsvermə hüququndan istifadə edib.
“Xəbər Xətti” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kösen Mardinin Derik rayonunun Alibəy məhəlləsində səs verib.
Kösen açıqlamasında “Ölkəmiz üçün xeyirli, uğurlu olsun, inşallah”, – deyib.
Mənbə
Xeberxetti.com