Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb.
Bu barədə “Report”un Brüsselə ezam olunmuş müxbiri xəbər verir.
***10:50
Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş olacaq.
“Xəbər Xətti” “oxu.az”a istinadən xəbər verir ki, ikili görüşün Bakı vaxtı ilə saat 11:00-da başlaması gözlənilir.
Bakı vaxtı ilə saat 15:00-da isə Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.