Zelenski ölkəsinin əks-hücumunun ilk mühüm addımlarının “tezliklə” atılacağını açıqlayıb
Xeberxetti.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya KİV-ə müsahibəsində deyib. “Biz çox ciddi hazırlaşırıq. Çox ciddi addımlar tələb olunacaq. Bilirəm ki, hamımız motivasiyalıyıq. Təkcə bu planı bilənlər yox, xalqımız da… Sizə cavab verə bilmərəm (əks-hücum harada və nə vaxt başlayacaq – red.). Amma siz bunu mütləq görəcəksiniz və Rusiya da bunu mütləq hiss edəcək…Biz qələbəyə inanırıq və inanırıq ki, tezliklə ilk mühüm addımlar atılacaq”, – dövlət başçısı bildirib. Eyni zamanda, Ukrayna lideri əks-hücumun başlanmasının konkret yeri və vaxtı ilə bağlı açıqlığının “Ukraynaya kömək etməyəcəyini, əksinə müdaxilə edəcəyini” diqqətə çatdırıb. Xeberxetti.com Teqlər:
Ukrayna
Zelenski
Bənzər yazılar
Add A Comment