Xəbər Xətti

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Ən qədim insanın ayaq izləri tapıldı

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      ABŞ Ukraynaya yeni silahlar verəcək

      01 İyun 2023

      Ən qədim insanın ayaq izləri tapıldı

      01 İyun 2023

      Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

      01 İyun 2023

      Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

      01 İyun 2023

      Paltar alarkən nələrə diqqət etməliyik?

      01 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»Ulu Öndərə həsr edilən “Baharın yüzüncü anı” sənədli filminin təqdimatı olub – FOTOLAR
    Ordan-Burdan

    Ulu Öndərə həsr edilən “Baharın yüzüncü anı” sənədli filminin təqdimatı olub – FOTOLAR

    13 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Ulu Öndərə həsr edilən “Baharın yüzüncü anı” sənədli filminin təqdimatı olub - FOTOLAR
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Ekran açılır və kadrda gecənin qaranlığını yararaq şütüyərək hansısa ünvana tələsən təcili yardım maşının vahiməli səsi eşidilir…”Birdən-birə gecənin zülmətini də, sübhün şəfəqini də beləcə yarır bu səs… Onu eşidər-eşitməz hər kəs həyəcanlanır, çünki o xaotik bir not yığını deyil, həyat uğrunda gedən bir mücadilənin səsidir…”.Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin milli səhiyyəmizin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edən “Baharın yüzüncü anı” filmi məhz bu kadrlar və bu cümlələrlə başlanır.AYSMED klinikasının sifarişi ilə hazırlanan film müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və onun ölkə səhiyyəsinin inkişafındakı xidmət və zəhmətinə güzgü tutur. Ötən əsrin 70-ci illərindən başlayaraq səhiyyə kimi strateji bir sahənin inkişafı, gənc kadrların ölkənin ən qabaqcıl tibb məktəblərində təhsil almağa göndərilməsi, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb ocaqlarının ən müasir avadanlıqlarla təchiz edilməsi, diaqnostika mərkəzlərində müasir tibbi müayinələrin aparılması məhz onun rəhbərliyi illərində və göstərişi əsasında həyata keçirilib. Ulu Öndərin səyləri nəticəsində respublikamızda Urologiya Xəstəxanası, Neyrocərrahiyyə Xəstəxanası, Ağciyər Xəstəlikləri İnstitutu, Urologiya, Milli Onkologiya və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzlərinin yaradılması, keçmiş ittifaqda ilk dəfə məhz Azərbaycanda açıq ürək əməliyyatları, böyrək transplantasiyalarının aparılması, Bakıda kardiologiya, urologiya, pulmonologiya və tibbin digər sahələri üzrə konqres, elmi-praktik konfrans və seminarların keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörən və müdrik rəhbərliyi ilə indi onlarca tibb müəssisəsində ən mürəkkəb invaziv cərrahiyyə və fantastik görünən əməliyyatlar yerinə yetirilir.Kadrlar bir-birini əvəz edir və bütün bunlar filmdə çox maraqlı kompozisiya ilə təqdim olunur. Film boyu Heydər Əliyevin səhiyyə ilə bağlı kəlamları, maraqlı arxiv kadrları, habelə məşhurların dahi şəxsiyyətə dair kəlamları yer alıb. Milli Məclisin Səhiyyə komitəsinin üzvləri, ölkəmizin tanınmış həkimləri xəstəxana, poliklinika və müxtəlif spektrli tibb mərkəzləri və komplekslərinin açılmasında dahi şəxsiyyətin rolu, müasir Azərbaycan səhiyyəsinin inkişafındakı əvəzolunmaz və unudulmaz xidmətlərindən bəhs ediblər.“Səhiyyə işçiləri, sizin peşəniz elə bir peşədir ki, hər insana lazımdır və dünyanın hər yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir” kəlamının müəllifi Heydər Əliyevin ən böyük xoşbəxtliyinin adı Azərbaycan idi. Memarı olduğu, övladı tək üzərində əsdiyi, inkişafı və tərəqqisi üçün böyük zəhmət çəkdiyi, hər qarışına aşiq olduğu Azərbaycan!Filmin ideyası Aydın Soltanlıya məxsusdur. Ssenari müəllifləri Firuzə Cəlilova və İlhamə Novruzovadır. Xüsusi vurğulamağa dəyər ki, filmin yaradıcı heyəti mövzuya maraqlı rakursdan yanaşıb, baxımlı və maraqlı süjet xətti qurub.Filmin finalının “Azərbaycan” sədaları ilə bitməsi heç də təsadüfi deyil… Ömrünü xalqına bağışlamış liderin ifasında “Nə qədər ki, Azərbaycan var, mən varam” sözləri Ulu Öndərin əbədiyyətlə bütünləşməsinin rəmzi kimi səslənir. Film müəlliflərinin təbirincə desək, “sağlam gələcəyin bünövrəsi” sayılan səhiyyənin inkişafı sahəsində “ölkəmizə günəş kimi doğan böyük insanın” müstəsna xidmətlərindən bəhs edən “Baharın yüzüncü anı” sənədli filmi xalqımızın həyatında müstəsna xidmətləri olan Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən layiqli ekran əsəridir.İctimai nümayişi başa çatandan sonra Milli Məclisin Səhiyyə komitəsinin üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abasquliyeva, uzman həkimlər Rəqsanə Cəlilova, Hürü Rəhimova, Elşən Tağıyev, Gülnarə İsmayılova və başqaları film haqqında təəssüratlarını bölüşüblər.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Ən qədim insanın ayaq izləri tapıldı

    01 İyun 2023

    Paltar alarkən nələrə diqqət etməliyik?

    01 İyun 2023

    Türkiyədə yanacaqla dolu tankerdə yanğın

    01 İyun 2023

    Al Paçinonun 4-cü övladı olacaq

    01 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    ABŞ Ukraynaya yeni silahlar verəcək

    01 İyun 2023

    Zəyəm qəsəbəsinin bəzi əraziləri subasmaya məruz qalıb – Fotolar

    01 İyun 2023

    Xəbər Xətti – Avropa Liqası: Kuboku “Sevilya” qazandı

    01 İyun 2023

    Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

    01 İyun 2023

    İsmayıllı-Lahıc yolu da bağlandı

    01 İyun 2023

    Türkiyədə Nazirlər Kabinetinin son tərkibdə olan görüşü başa çatdı – Yenilənib

    01 İyun 2023

    Xəbər Xətti – Kürdə batan yeniyetmənin meyiti tapıldı

    01 İyun 2023

    Kiyevdə magistral yola raket düşüb

    01 İyun 2023

    Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

    01 İyun 2023

    Gəncədə zəncirvari qəza olub

    31 May 2023

    İyun ayı bu dörd bürc üçün uğurlu olacaq

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Xəbər Xətti – Daxili İşlər Nazirliyi məlumat yaydı

    31 May 2023

    Qərbi Azərbaycan Xronikası: “Parça-parça edilən Dərəçiçək mahalı” – VİDEO

    31 May 2023

    Vuçiç Ərdoğandan dəstək istədi

    31 May 2023

    Göyçayda qasırğa səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib

    31 May 2023

    Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

    31 May 2023

    İlham Əliyev Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

    31 May 2023

    Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

    31 May 2023

    İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb – FOTO

    31 May 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.