Xəbər Xətti

    Xəbər Xətti – 89 yaşlı Al Paçino arvadından şübhələnib: Uşaq məndən deyil

    03 İyun 2023

    Hindistanda ölənlərin sayı 200-ü ötdü – Yenilənib

    03 İyun 2023

    Türkiyədə yeni seçilən deputatların andiçmə mərasimi başa çatdı – Yenilənib + Video

    03 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – 89 yaşlı Al Paçino arvadından şübhələnib: Uşaq məndən deyil

      03 İyun 2023

      Hindistanda ölənlərin sayı 200-ü ötdü – Yenilənib

      03 İyun 2023

      Türkiyədə yeni seçilən deputatların andiçmə mərasimi başa çatdı – Yenilənib + Video

      03 İyun 2023

      Xəbər Xətti – Əllərindən telefon düşməyən avtobus sürücüləri: Təhlükə nə vaxtadək davam edəcək?

      03 İyun 2023

      Anaları narkotika verdi , 500 dollara kişilərə satıldılar – Məşhurların kino yolu

      03 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Sosial»Toylarda düşən davaların əsas səbəbi bu imiş – AÇIQLAMA
    Sosial

    Toylarda düşən davaların əsas səbəbi bu imiş – AÇIQLAMA

    13 May 2023Updated:14 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp
    VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

    Ötən gün Bakıda bıçaqlanma hadisəsi olub. Hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında baş verib. Burada keçirilən toy məclisində 31 yaşlı Alışov Əmrah Kalam oğlu mübahisə zamanı 32 yaşlı Əsgərov Rəvan Həmidulla oğlunu bıçaqlayıb.

    Ümumiyyətlə, toylarımızda dava, qan düşməsi ta qədimdən olub, bu gün də var. Toyda davalar müxtəlif səbəblərdən düşür. Kimisi spirtli içki içir və ağlı başından çıxır, kimisi mahnı üstündə mübahisə edir və s. Hər nədən olur olsun reallıq budur ki, insanların, xeyir işində narahatlıq, həyəcan yaşanır, qan düşür, bəzən toy yarımçıq da saxlanılır.

    “Xəbər Xətti”-in məlumatına görə, mövzu ilə bağlı “yenisabah.az”a danışan müğənni Xuraman Şuşalı bildirib ki, bu tip insanlar nevroloji baxımdan problemi olan və içkiyə daha çox meyilli olan insanlardır:

    “Əlbəttə ki, bu məsələnin spirtli içkilərlə əlaqəsi çoxdur. Düzdür, elə insan var ki, içki içsə də, bu, ona pis təsir etmir, özünü normal apara bilir. Lakin bu hər kəsə aid deyil, elə insanlar var ki, spirtli içki qəbul etdikdə kontrolu itirirlər. Hər bir halda, içki haramdır, o, beyinə gedən siqnalı dayandırır. Elə insanlar var ki, içki içəndə heç anasını, bacısını da tanımır, vurub atasını, anasını öldürür. O qədər belə cinayətlər eşitmişik ki, insan içib anasını bıçaqlayıb, atasını güllələyib və s. Ona görə, Allah bunu haram buyurub.

    Toylarda düşən davaların əsas səbəbi spirtli içkidir. Bundan əlavə, psixoloji problemi olanlar da belə hərəkətlər edirlər, insanların məclisinə dava salırlar”.

    Onun sözlərinə görə, həm toy sahibi, həm də toyu idarə “tamada” bu cür insanların öhdəsindən gəlməyi bacarmalıdır:

    “Bəzən toyu idarə edənlər də bu cür insanların öhdəsindən gələ bilmirlər. Mən özüm də belə hadisənin dəfələrlə şahidi olmuşam. Əgər toyda içkili, qanqaraçılıq salmağa meylli adam varsa, gərək ev sahibi onu idarə etsin. Əgər həmin adam özünü kontrol edə bilmirsə, ev sahibi onu məclisdən uzaqlaşdırmalıdır.

    Belə şəxslərin dava salmasının qarşısını almaq toyu idarə edəndən də asılıdır, çalışıb hər cür situasiyada məclisi idarə etməyi bacarmalısan. Çox vaxt belə davalar mahnı üstündə düşür. Gəlib mahnı sifariş verirlər, sifariş yerinə yetirilməyəndə, yaxud gecikdiriləndə dava salırlar. Ona görə çalışıb onun istəklərini qabağa salmalısan ki, qanqaraçılıq düşməsin. Müğənni olmaq, məclis aparmaq heç də kənardan göründüyü qədər asan deyil, sən içkili insanı da, ayıq insanı da, əsəbi insanı da razı salmağa çalışırsan. Allah hamımıza ruzi-bərəkət versin, işini rahatlaşdırsın ki, heç kəs başqasının məclisini korlamasın.

    Fikrimcə, ev sahibləri bu cür adamları çalışıb məclisə dəvət etməməlidir. Hər nəsildə belə – özünü idarə edə bilməyən, içki içəndə başqa birinə çevrilən bir nəfər mütləq olur və bunu hamı bilir. Çalışıb həmin şəxsi məclisdən uzaq tutmaq lazımdır”.

    “Xəbər Xətti”

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    İlham Əliyev ermənilərin arzusunu ürəyində qoydu – VİDEO

    02 İyun 2023

    Erməni fəal sülh danışıqlarına olan maneələrin səbəbini AÇIQLADI – VİDEO

    02 İyun 2023

    Prezident ailəsinin istirahət görüntüləri – FOTO

    02 İyun 2023

    Gözəl və yaraşıqlı adamlar nə üçün tənha qalırlar? – 5 SƏBƏB

    02 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – 89 yaşlı Al Paçino arvadından şübhələnib: Uşaq məndən deyil

    03 İyun 2023

    Hindistanda ölənlərin sayı 200-ü ötdü – Yenilənib

    03 İyun 2023

    Türkiyədə yeni seçilən deputatların andiçmə mərasimi başa çatdı – Yenilənib + Video

    03 İyun 2023

    Xəbər Xətti – Əllərindən telefon düşməyən avtobus sürücüləri: Təhlükə nə vaxtadək davam edəcək?

    03 İyun 2023

    Anaları narkotika verdi , 500 dollara kişilərə satıldılar – Məşhurların kino yolu

    03 İyun 2023

    Çində tornado nəticəsində 13 nəfər yaralandı – Video

    03 İyun 2023

    Hava şəraiti kəskin dəyişəcək, leysan olacaq, dolu düşəcək

    03 İyun 2023

    Belqorod atəşə tutuldu – Ölən və yaralananlar var

    03 İyun 2023

    Şuşadakı basketbol turnirinə qatılacaq komandalar açıqlanıb

    03 İyun 2023

    Hindistanda ölənlərin sayı artdı – 500-dən çox yaralı var+Yenilənib

    03 İyun 2023

    Xəbər Xətti – İllər öncə tikintisi yarımçıq saxlanılan bina təhlükə saçır

    03 İyun 2023

    Tbilisiyə uçan təyyarə tufana görə geri qayıtdı

    03 İyun 2023

    Anlaşma əldə olundu: Bu marşrut üzrə Azərbaycan-Ermənistan əlaqəsi bərpa olunur

    02 İyun 2023

    Hindistanda qatarlar toqquşdu: 500 yaralı, 70 ölü

    02 İyun 2023

    İlham Əliyev ermənilərin arzusunu ürəyində qoydu – VİDEO

    02 İyun 2023

    Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı artdı – 500-dən çox yaralı var+Yenilənib

    02 İyun 2023

    Aran rayonlarında 31 dərəcə isti olub

    02 İyun 2023

    Erməni fəal sülh danışıqlarına olan maneələrin səbəbini AÇIQLADI – VİDEO

    02 İyun 2023

    Uşaqlar üçün bayram: “CinemaPlus” aztəminatlı ailələrin övladlarını dəvət etdi

    02 İyun 2023

    İspaniyanın 5 bələdiyyə başçısı bu üsulla seçildi

    02 İyun 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.