Ötən gün saat 18 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 101-ci km-də Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil Mustafayev Əhliman Musa oğlunun idarə etdiyi “Skayene” markalı yük avtomaşını ilə toqquşub.Nəticədə “Hyundai Sonata” markalı avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Əliyeva Ayla Osman qızı hadisə yerində ölüb və sürücü V.Əliyeva xəsarət alıb. Faktla bağlı DİN-nin BİTİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İTŞ-də araşdırma aparılır.
Mənbə
Xeberxetti.com